"Oğlum əsgərlikdən gəldi, bu halımı görüb..." - Xərçəngdən əziyyət çəkən aparıcı

"Oğlum əsgərlikdən gəldi, bu halımı görüb..." - Xərçəngdən əziyyət çəkən aparıcı"Hazırda müalicələrim davam edir. Şükür Allaha yavaş-yavaş səhhətim düzəlir, həkim nəzarətindəyəm. İndi özümü çox yaxşı hiss edirəm. Artıq işə başlamışam".

Əməliyyatdan sonra 43 kiloya düşən aparıcı Tahirə Məmmədqızı bu barədə BiG.AZ-a özəl açıqlama verib:

"Bir az da əsəblərimlə bağlı müalicə alıram. Əməliyyatdan sonra əsəblərim gərginləşmişdi. Çəkimin düşməsi ağır xəstəliyimlə əlaqədar idi. Əməliyyata yaxın vəziyyətim çox pis idi. Həm qanım çox aşağı düşmüşdü, həm də qan təzyiqim oynayırdı".

Aparıcı həmçinin, əsgərlikdə olan oğlundan da danşıb:

"Oğlumla imkan etdikcə danışıram. Əməliyyatdan sonra 10 günlük gəlmişdi. Əməliyyata qədər bilmirdi belə olduğumu, amma gördü, çox təsirlənmişdi. O cür pis xəbəri eşitməyə hazır deyildi, indi şükür Allaha yavaş-yavaş yaxşıdır. Allah imkan verər tam düzələrəm, yanına da gedərəm".

Tahirə Məmmədqızı onu ziyarət edən məşhurlara da saytımız vasitəsilə təşəkkürünü bildirib:

"Məni axtaranların hər birinə təşəkkür edirəm. Gələnləri sosial şəbəkə hesabımda paylaşmışam. İş adamı Ruhi Əliyeva, əməkdar artist Elnarə Abdullayeva, müğənnilər Nazənin, Şəbnəm Tovuzlu, Ədalət Şükürov, Vaqif Şıxəliyev, aparıcı Vüsalə Əlizadə anası ilə birlikdə gəlib baş çəkib. Öz həmkarlarımın da əksəriyyəti gəlib dəyib. Yolunu gözlədiyim, amma gəlməyən insanlar da oldu. Bilirsiz, xəstə insanın gözü həmişə qapıda olur. Ərk elədiyim insanlar vardı ki, gözləyirdim. Bəziləri gec bilib, bəzilərinin xəbərləri yoxdu, bəziləri də ola bilər ki, laqeyddirlər. Allah canlarına dəyməsin, Allah heç kimi nə canı nə övladı ilə sınamasın".

Aparıcı artıq işinə geri qayıtdığını da vurğulayıb:

""Şərq qəzeti"ndəki işimə geri dönmüşəm. Artıq iki ay idi ki, işə gedə bilmirdim. Ora mənim üçün ailə qədər dəyərlidir. Bu müddətdə onalr mənə hər mənada dəstək verdilər. Həm maddi, həm də mənəvi cəhətdən dəstək oldular".

Qeyd edək ki, aparıcı Tahirə Məmmədqızının bir neçə müddət öncə uşaqlıq yolu orqanında çoxsaylı şişlər aşkarlanmışdı.

Şahidə Tapdıq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6598   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 278
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 459
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 485
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 225
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 508
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 591
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 201
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1130
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 1036