Bakıda ŞOK HADİSƏ – Hədələyib 165 min manat aldılar

Bakıda ŞOK HADİSƏ – Hədələyib 165 min manat aldılar

Bakı sakinindən hədə-qorxu yolu ilə klli miqdarda pul alanlar tutulub.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev 2018-ci ilin noyabr ayından 2019-cu il fevral ayının 5-dək olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165.000 manat pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı O.Əsədovdan və A.İbrahimlidən narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.3.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 616 Tarix: 15.04.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol