Sumqayıtda DƏHŞƏT - Restoranda müştərini döydülər, sonra da üstünə qaynar su töküb yandırdılar

Sumqayıtda DƏHŞƏT - Restoranda müştərini döydülər, sonra da üstünə qaynar su töküb yandırdılar

Sumqayıtda 37 yaşlı kişi yandırılıb.

BiG.AZ ona-ya istinadən xəbər verir ki, zərərçəkənin anası, Corat qəsəbə sakini, Nabat Abdullayevanın ONA-ya verdiyi məlumata görə, hadisə aprelin 12-də Sumqayıt şəhəri, dənizkənarında yerləşən restoranlardan birində qeydə alınıb.

Bir neçə nəfər oğlu, 1982-ci il təvəllüdlü Abdullayev Faiq Malik oğlunu döydükdən sonra üstünə qaynar su töküblər.

Sumqayıt Şəhər Təcilli Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılan F.Abdullayev daha sonra II dərəcəli yanıq diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 764 Tarix: 15.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər