"Rusiya Ermənistanın başını sığallayır" - Politoloq nazirlərin görüşü haqda danışdı

"Rusiya Ermənistanın başını sığallayır" - Politoloq nazirlərin görüşü haqda danışdıXəbər verdiyimiz kimi, bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüş keçirilir. Qapalı baş tutan görüş artıq başlanıb.

Tərəflər arasındakı görüşün ehtimal olunan nəticələri haqda politoloq Qabil Hüseynli BiG.AZ-a münasibət bildirib. Politoloq baş tutan görüş haqda fikir söyləməyin çətin olduğunu qeyd edib:

"Görüş haqqında fikir söyləmək artıq çətinləşib. Çünki tərəflər arasında görüş və Dağlıq Qarabağda sülh məsələsi böyük dövlətlərin və dövlətləratrası münasibətlərin bir növ çarpışma mənbəyinə çevrilib. Burada əsas detonatorda Rusiyadır. Bu məsələdə Amerika və Avropa ölkələri kimi bəzi ölkələr məsələnin həllinə çalışırlarsa, əksinə, Rusiya isə bu statusu qoruyub saxlamağa çalışır. Hətta müxtəlif diplomatik gedişlərlə məsələnin həllini dondurmaq istəyir. Bu nöqteyi nəzərdən Rusiya hər şeyi inhisara alıb və prosesin həlli üçün elə məsələlər irəli sürür ki, o məsələlər qəbuledilməz olur.

Bu gün də şübhə etmirəm ki, görüş zamanı Lavrov planı kimi tanınan plan yenidən ortaya atılsın. Bildiyiniz kimi, bu plana əsasən, 5 rayonun geriyə qaytarılması əvəzinə Dağlıq Qarabağ keçid statusunun verilməsi müzakirə obyekti ola bilər. Halbuki Dağlıq Qarabağa hər hansı statusun verilməsi Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Azərbaycan isə bu addımı ata bilməz. Bununla da danışıqların gedişində ciddi gərginlik yaranır".

Politoloq həmçinin Rusiyanın Ermənistanın başını sığalladığını, Ermənistanın sülh istəmədiyini qeyd edib:

"Bildiyiniz kimi, ötən ay iki ölkə başçısının Vyana görüşü baş tutub. Paşinyanın bu görüş haqda cəfəngiyat dolu sözlər söylədi. O, şərhi zamanı 3 saat görüş haqda yalnız ümumi məsələlərdən söhbət açdıqlarını deyib. Bunun bir tanışlıq söhbəti olması və s. haqda məlumat verib. Bütün bunlar Ermənistan cəmiyyətinin və hökumətinin sülh danışıqlarında maraqlı olmadığını sübut edir. Bundan başqa həm Vyana görüşü zamanı ermənilər atəşkəsi dəfələrlə pozması, indi də görüş zamanı hətta gecədən başlayaraq təmas nöqtəsindən atəşkəsin pozulması haqda xəbərlər gəlir. Bütün bunlar onu göstərir ki, Ermənistan məsələnin sülh istəmir və sülh proseslərinə əlində olan bütün imkanlarla mane olur. Rusiya isə Ermənistanın başını sığallayır".

Afaq Rza


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 471   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 48
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

16:21 238
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

14:25 124
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

20:45 76
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

21:00 68
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

20:44 134
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 715
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 509