Toy günü BİABIRÇILIQ - FOTOLAR

Toy günü BİABIRÇILIQ - FOTOLAR
Bursanın İnegöl rayonunda bir toyda gəlin və kürəkən yaxınları arasında başlayan mübahisənin ardından çıxan bıçaqlı davada 1-i ağır, 2 nəfər yaralanıb.

Hadisə saat 23.00 sıralarında Bursanın İnegöl rayonuna bağlı Hamidiye Məhəlləsindəki bir toy salonunda baş verib.

Gəlin və kürəkən yaxını gənclər arasında hələ müəyyən olunmayan bir səbəblə mübahisə çıxıb.

Toy salonunun xaricinə çıxan mübahisədə iki gənc qrup arasındakı gərginlik davaya çevrilib.

Çıxan davada Furqan U. (24) üzərindəki bıçaqla Barış Çodur (28) və əmisinin oğlu Kürşad Çoduru (22) yaralayıb.

Qanlar içində qalan yaralılar hadisə yerinə sövq edilən 112 Təcili Servis briqadalarının ilk müdaxiləsinin ardından İnegöl Dövlət Xəstəxanası Təcili Xidmətinə aparılaraq müalicə altına alınıb.

Yaralılardan Kürşad Ç.nin səhiyyə vəziyyətinin ciddiliyini qoruduğu öyrənilib.

İstintaq çərçivəsində polis dəstələri bir şübhəlini tutaraq nəzarətə alıb.

mənbə: metbuat
Toy günü BİABIRÇILIQ - FOTOLAR
Toy günü BİABIRÇILIQ - FOTOLAR
Toy günü BİABIRÇILIQ - FOTOLAR


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2595 Tarix: 15.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər