Şamaxıda bənd uçdu, kəndi su basdı

Şamaxıda bənd uçdu, kəndi su basdı
Şamaxıda süni gölün bəndi uçub.

BiG.AZ oxu.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Rayonun Acidərə kəndi yaxınlıqda baş verib.

Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb.

Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb.

Çraqlı-Acıdərə yolu sel səbəbindən bir müddət hərəkətə bağlanıb.

Göl sahibinin sözlərinə görə, göldə 60-70 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub.

Göl sahibinin iddiasian görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Əraziyə nəzər saldıqda həqiqətən torpaq daşınıb töküldüyünü görmək mümkündür.

Məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrəndik. Yol idarəsi arada 2000 metr məsafə olduğunu bildirərək, bu iddialarla razılaşmadığını bildirdi.

Şamaxıda bənd uçdu, kəndi su basdı
Şamaxıda bənd uçdu, kəndi su basdı
Şamaxıda bənd uçdu, kəndi su basdı
Şamaxıda bənd uçdu, kəndi su basdı
Şamaxıda bənd uçdu, kəndi su basdı

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1418 Tarix: 14.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər