Azərbaycanda daha bir musiqiçi həbs edildi - BU MAHNIYA GÖRƏ - FOTO

Azərbaycanda daha bir musiqiçi həbs edildi - BU MAHNIYA GÖRƏ - FOTO
Rüzgar“ ləqəbi ilə tanınan reper Aydın Hüseynov həbs olunub.

A. Hüseynov Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dünən saxlanılıb.

Reperin produseri Orxan Əmrullayev Publika.az-a məlumatı təsdiqləyib: "Məni və Aydını Bakıda saxlayaraq Sumqayıt Polis İdarəsinə gətirdilər. İzahatımızı aldılar. Məni buraxdılar. Aydını isə saxladılar. Sonradan isə məlum oldu ki, Aydına “Mal mal” adlı mahnısının narkomaniyaya çağırış etməsini əsas gətirərək, məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası verilib".

Qeyd edək ki, bu günlərdə “Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3858 Tarix: 14.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər