Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...

Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...Dünya şöhrətli türkiyəli ürək cərrahı, professor Mehmet Öz güclü və möhkəm ailə əlaqələrinin stressi azaltdığını və ürək sağlamlığına yaxşı təsir etdiyini deyib.

BiG.AZ publika.az-a istinadən cərrahın ürək sağlamlığını qorumağın yolları haqqında fikirlərini təqdim edir.

ABŞ-da yaşayan və gördüyü işlərlə dünya miqyasında tanınan professor ürək xəstəliklərindən qorunmağa qidaların böyük təsirinin olduğunu deyib. Həkimin sözlərinə görə, şəkər ürəyə zərər verən və digər xəstəliklərə yol açan əsas amillərdən biridir:

"Şəkər yediyimiz zaman kökəlirik, köklüyün bir çox zərəri var, amma ən böyük zərəri qaraciyərə dəyir. Qaraciyərdə şəkər toplananda yağa çevrilir və bu zaman xəstə qaraciyər xolesterinə qarşı mübarizə apara bilmir. Bu halda xolesterin növü dəyişir və pis xolesterinin miqdarı artır".

Mehmet Öz yüksək xolesterinin ürəyə təsirini belə izah edib:

"Pis xolesterinin təsirilə ürəkdəki damarlarda bir yara əmələ gəlir və onu bərpa etmək çətin olur. Bu, həm kişilərdə, həm də qadınlarda böyük problem yaradır. Ürəkdə üç əsas və böyük arterial damar var, bu arteriyalar bir divar funkisyasını yerinə yetirir. Divar deşildiyi zaman yüksək təzyiq, şəkər xəstəliyi kimi problemlər meydana gəlir. Şəkər xəstəliyi şüşə parçalar kimi o divarı dəlir. Divarın içində bir oyuq yarandıqdan sonra onu sağaltmaq lazımdır.

Xolesterinin yaxşı və pis növü var. Yaxşı xolesterin olduğu zaman damarları sağaltmaq mümkün olur, amma pis xolesterin çox olduğu zaman o yaralar arteriyaları yavaş-yavaş tıxamağa başlayır, üzərində xolesterin yığılıb qalır. Zaman keçdikcə borunun ortası bağlanır və ürək çatışmazlığı yaranır, nəticədə xəstə infarktdan ölür.

Pis xolesterinin miqdarı çoxdursa, bədən arteriyaları təmir etmir. Normal halda gənc bir insan arteriyalarda deşik olsa da, olmasa da, onu bərpa edir, amma xolesterin növü dəyişdikdən sonra əsaslı bərpa formaları dəyişir".

Professor onu da əlavə edib ki, Aralıq dənizi mətbəxi ömrü uzadır və o son dərəcə sağlamdır:

"Aralıq dənizi mətbəxi inanılmaz dərəcədə sağlamdır. Niyə? Çünki bu mətbəxə təzə tərəvəz və meyvələr daxildir. Zeytun yağı onsuz da Türkiyədə istehsal edilir, keyfiyyəti də çox yüksəkdir, saxta deyil. Türkiyənin yerli məhsulları çox faydalıdır. Məni daha çox yeni çıxan yeməklər qorxudur, çünki istehsal tarixini artırmaq üçün daha çox şəkər, yaxud da duz əlavə olunur. Ləzzəti dəyişir, bəlkə daha ləzzətli olur, amma qətiyyən sağlam deyil".

Ürək xəstəliklərində genetikanın da təsirli olduğunu bildirən professor qeyd edib ki, sağlam və möhkəm ailə əlaqələri ürək üzərində müsbət təsir göstərir:

"Qərbdə ailə əlaqələri çox güclü olmadığı üçün insanları daha stresslidir. Lakin araşdırmalar göstərir ki, sağlam ailə mühitində yaşamaq nəinki ürək, bir çox orqanlar üçün faydalıdır. Xüsusilə də ailədə sevdiyiniz insanlarla hər zaman ünsiyyətdə olmaq ürəyi qoruyur. Lakin həyatınızda ailə sevgisi yoxdursa, stress artmağa başlayır. Yüksək stress ürəyə mənfi təsir edir, hətta həddən artıq kədərlənmək ürək çatışmazlığına səbəb olur.

Bu araşdırma yaxınlarda təsdiq edilib. Ürək sağlamlığı üçün güclü ailə əlaqələri inanılmaz dərəcədə mühümdür. İnsanlar arasındakı möhkəm və sevgi üzərində qurulan əlaqələr çox dəyərlidir".

Nələr yeməliyik?

Həkim ürəyə faydalı olan qidaları belə sıralayıb:

"Ərzaqları torpaqdan çıxdığı kimi yemək çox xeyirlidir, həmçinin tam taxil məhsulları, meyvə, tərəvəz, fındıq və fıstıq ürəyə faydalıdır. Əlbəttə ki, ən faydalısı zeytun yağıdır".

Nələrdən uzaq durulmalı?

"Yarımfabrikat məhsullar və yeməklər, tərkibində qatqı maddəsi olan ərzaqlar, həddən artıq ət yemək, xüsusilə qızardılmış yeməklərdən, şəkərli və qazlı içkilərdən uzaq dayanmaq lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 778   Tarix: 11 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957