Orqanizmdə maqnezium çatışmazlığının ƏSAS ƏLAMƏTLƏRİ

Orqanizmdə maqnezium çatışmazlığının ƏSAS ƏLAMƏTLƏRİMaqnezium — bədəninizdəki hər orqan üçün olduqca vacib olan elementdir.Maqneziuma xüsusilə ürək, əzələlər və böyrəklər ehtiyac duyur. Əgər davamlı olaraq yorğunluq hiss edirsinizsə, ürək fəaliyyətinizdə pozğunluq müşahidə olunursa, qıcolmalar (sudurğa) və əzələ ağrılarından əziyyət çəkirsinizsə, o zaman böyük ehtimalla, bu, maqnezium çatışmazlığının əlamətidir. Göz səyirməsi və qəfil əzələ spazmları da bu əvəzolunmaz maddənin çatışmazlığının göstəricisi ola bilər. Çünki maqnezium qanın züllalarının tərkibində mövcuddur və bədənimizin 300-dən artıq fermentində aşkar olunub. Maqnezium bir çox kimyəvi reaksiyaların aktiv iştirakçısıdır və bədəndə gedən olduqca çox proseslər bu maddədən asılıdır. Bu səbəbdən də maqnezium çatışmazlığı ciddi xəstəliklərin səbəbkarı ola bilər.

BiG.AZ xəbər verir ki, əzələlərin aktivliyi və sinir ucları ilə siqnalın keçiricilik qalibiyyəti birbaşa orqanizmdə maqneziumun yetərli miqdarda olmasından asılıdır. Maqnezium bədənə züllaların, yağların və karbohidratların həzm olunması və parçalanmasında yardımçı olur. Bu maddə bütün biokimyəvi proseslər üçün enerji mənbəyi olan adenozin trifosfatı (ATF) stimullaşdıraraq enerji istehsalında aktiv şəkildə iştirak edir. DNT-nin sintezi maqneziumum köməyilə reallaşır. Bu səbəbdən də əgər orqanizmdə maqnezium kifayət qədər deyilsə, bədən əziyyət çəkməyə başlayır.

Maqnezium çatışmazlığı zamanı aşağıdakı xəstəliklər ortaya çıxa bilər:

- sistit, böyrəklərin müxtəlif xəstəlikləri;

- bağırsaq xəstəliyi, orqanizmin intoksikasiyası (zəhərlənməsi);

- depressiya, yuxusuzluq, keylik;

- ürək xəstəlikləri;

- hipertoniya;

- diabet, hipoqlikemiya;

- sonsuzluq, qadınlarda ginekoloji pozğunluqlar;

- osteoporoz (sümük əriməsi);

- karies.

Maqnezium çatışmazlığı ilə mübarizənin ən etibarlı üsulu hər gün yaşıl tərəvəz şirələrinin və təzə tərəvəzlərin qəbul edilməsidir. Dəniz yosunu və yarpaqlı yaşıl tərəvəzlər (məsələn, ispanaq) olduqca yüksək dərəcədə maqnezium tərkibinə malikdir. Maqneziumun digər mükəmməl mənbələri lobya, qoz və günəbaxan tumlarıdır. Qida rasionuna vaxtaşırı küncüt toxumlarının daxil edilməsi xüsusilə önəmlidir (küncüt həmçinin kalsiumla da zəngindir). Avakadonun tərkibində yüksək miqdarda maqnezium vardır.

Bütün bu qidalardan istifadə olunmasına baxmayaraq orqanizmdə yenə də maqnezium çatışmazlığı yarana bilər. Əgər düzgün həyat tərzi keçirmirsinizsə, maqnezium tam şəkildə orqanizm tərəfindən udula bilmir. Məlum olduğu kimi, orqanizmdə hər şey bir-biri ilə bağlıdır. Belə ki, əgər tez-tez alkoqoldan istifadə edirsinizsə, D vitamini bədən tərəfindən tam sorula bilmir, maqneziumun sorulması (udulması) üçün isə D vitamini həddindən artıq vacibdir. Əgər çox miqdarda şirniyyat yeyilirsə, o zaman maqnezium sürətli şəkildə böyrəklər vasitəsilə xaric olunur. Maqneziumun xaric olunmasına həmçinin həddindən artıq qəhvə qəbulu, diuretiklərdən (sidikqovucu preparatlar), antibiotiklərdən, kortikosteroidlərdən çox istifadə olunması da imkan yaradır. Yaşın çox olması və həzm sisteminin yaxşı fəaliyyət göstərməməsi də maqneziumun sorulmasına təsir edən mühüm faktorlardır.

Unutmayın ki, maqnezium preparatını əlavə olaraq ancaq həkim təyin edə bilər, özbaşına müalicə əsla məsləhət görülmür. Adətən maqneziumun kalsium və D vitamini ilə birlikdə qəbulu tövsiyə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1329   Tarix: 08 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882