Bel ətrafındakı piylərin ən böyük düşməni

Bel ətrafındakı piylərin ən böyük düşməniArıqlamağın bir çox üsulu var. 10 gündə bir neçə kilo arıqlamaq müasir dövrdə elə də müşkül məsələ deyil. Ancaq bel ətrafındakı yağlardan xilas olmaq və incəbelə qovuşmaq təəssüf ki, bir az çətindir. Hər pəhriz sizə arıqlamağı vəd etsə də, çox vaxt sadəcə bədəndəki artıq sudan və şişkinlikdən azad ola bilirsiniz. Bel və qarın bölgəsindəki yağlarınız isə yığılıb qalır.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, aparılan son araşdırmalar göstərib ki, bel ətrafındakı piylərin ən böyük düşməni kalsiumdur. Kalsium həm arıqlamağa, həm də daha incə və zərif bədən quruluşuna qovuşmağa kömək edir.

Kalsium sümük və diş sağlamlığı üçün önəmli olduğu qədər mineral əzələlərin sıxlaşması, möhkəmlənməsi, üçün də eyni dərəcədə əhəmiyyətlidir. Çünki bədəndəki yağları parçalayır.

Danimarkada 7569 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri göstərib ki, gündə 600 mq-dan az kalsium qəbul edən insanlar daha kök olur, arıqlamaqda çətinlik çəkirlər. Başqa bir araşdırma zamanı isə 1 il ərzində hər gün 1000 mq. kalsium qəbul edənlərin bədənlərindəki yağ miqdarının 4.9 kq. azaldığı müşahidə edilib. Bu da onu göstərir ki, kalsium yağların bədəndə yığılmasının qarşısını alır. Üstəlik, toplanıb qalmış artıq yağları da parçalayır və bağırsaqlardan atılmasını təmin edir.

Kalsiumla zəngin qidalar insanı tox saxlayır. Bu da daha az kalori almağınıza səbəb olur.

Mütəxəssislər bildirirlər ki, yaşdan və bir sıra başqa faktorlardan asılı olaraq, insanların qəbul etməli olduqları gündəlik kalsium dozası dəyişir. 19-50 yaş arasındakı şəxslər gündə 1000 mq. kalsium qəbul etsələr, kifayət edər. 50 yaşdan sonra bu miqdarı 1200 mq-a çıxarmaq lazımdır. Hamilələr və ya əmizdirən analar isə gündə 1300 mq. kalsium qəbul etməlidirlər.

Ən yaxşı kalsium qaynaqları

Süd və süd məhsulları ən yaxşı kalsium mənbəyi hesab edilir. Həmçinin, doşab, susam, fındıq, fıstıq, bütün göyərtilər müəyyən qədər kalsium ehtiva edir.

Gün ərzində süd, qatıq, ayran, pendir, kefir kimi süd məhsullarından heç olmasa, birini mütləq için və ya yeyin. Az yağlı süd və süd məhsullarını seçin.

Bol-bol ispanaq yeyin. Cəfəri, nanə də kalsiumla zəngin göyərtilərdəndir.

Həftədə 2-3 dəfə quru paxla, noxud, mərci xörəyi yeyin.

Tərkibində kalsium olan meyvələrə üstünlük verin. Məsələn, qayısı, quru əncir kimi çərəzlər yeyə bilərsiniz. Ancaq çox şəkər ehtiva etdikləri üçün gündə 5 ədəddən artıq tövsiyə edilmir.

Badam da güclü kalsium qaynağıdır. Həm də insanı tez doyuzdurur. Qəlyənaltılarda 3-4 ədəd badam yeyə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1185   Tarix: 08 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318