Başqasının enerjisini sormağın ƏN ASAN ÜSULU - Maraqlı MƏQAMLAR

Başqasının enerjisini sormağın ƏN ASAN ÜSULU - Maraqlı MƏQAMLARBionerji terapevti Lyudmila Morvina həyat enerjisi haqqında vacib tövsiyələr verib.

BiG.AZ sfera.az-a istinadən xəbər verir ki, mütəxəssis enerji vampirləri ilə mübarizə yollarından danışıb.

Biz hər gün həyat enerjisini daim oğurlayan insanlarla qarşılaşırıq. Amma bunun niyə və necə baş verməsi, eləcə də enerji vampirləri ilə mübarizə üsulları barədə bizə məktəbdə heç kim heç nə öyrətmir.

Artıq heç kimə sirr deyil ki, insan sadəcə fiziki varlıq deyil, həm də alimlərə çoxdan məlum olan enerji sahəsidir. Bu, beynin elektrik şüaları, neytron və neytrinlər, eləcə də bionerji və ya bioplazmadır.

Bionerji mütəxəssisləri iddia edir ki, insanlar hər zaman, hətta yatdığı və ya səssiz olduğu vaxtlarda da aralarından enerji mübadiləsi baş verir. Başqasının energetika sahəsi ilə qarşılıqlı təsirini şüuraltı olaraq hiss edirik, biz buna ya əhval-ruhiyyənin, ya da fiziki vəziyyətin dəyişməsi ilə ona reaksiya veririk. Əgər hər hansı insanla münasibət qurmaq sizin üçün asan və xoşdursa, onunla eyni anda susa bilirsinizsə, deməli, enerji mübadiləniz əla gedir, siz bir-birinizi mənəvi baxımdan qidalandırırsınız. Odur ki, bundan hər ikiniz qazanırsınız. Əgər siz qıcıq, təşviş, hətta qəfil ağrı və ya gücünüzün birdən-birə yox olduğunu hiss edirsinizsə, deməli, o adam sizin üçün enerji oğrusudur.

Bionerji hər kəsə qan və limfalar kimi vacibdir. Amma bəzi vaxtlarda enerjinin səviyyəsi inanılmaz dərəcədə aşağı düşür. Enerji çatışmazlığının səbəbləri müxtəlif ola bilər: ağır xəstəlik, qocalıq, güclü yorğunluq və s. Lakin insanı heç nə qəzəb, qıcıqlanma, həsəd, günah və qısqanclıq kimi mənfi hisslər qədər yormur. Sadalanan bütün neqativlər insan enerjisinin tükənməsinə yol açır. Məhz həsəd, paxıllıq və qəzəb kimi emosiyalar enerji sahəsində dəliklər yaradaraq gücün bu dəliklərdən "axmasına" şərait yaradır. Dolayısı ilə enerji itkisinə məruz qalan insan tükənməkdə olan ehtiyatlarını doldurmağın yollarını axtarmağa başlayır.

İctimai nəqliyyat istifadəsi insan enerjisinin tükənməsinə səbəb ola bilər. Biz hər səhər hirsini başqalarının üstünə tökməyə hazır olan sərnişinlərlə rastlaşırıq. Ümumi əhval-ruhiyyəyə daha çox məruz qalsanız, bədbəxtlik içində "vahid" olma riskiniz daha çoxdur.

Sakit, nikbin insanların bionerji sahəsində adətən tarazlıq hökm sürür və o qızıl yumurtanı xatırladır. Belə enerji sahəsini pozmaq çətindir. Amma acgöz "vampir" potensial qurbanın enerjisini soraraq özü ilə bərabərləşdirməyə çalışacaq. Resept sadədir: sizi qəzəbləndirməyə çalışacaqlar. Hirsləndiyiniz zaman emosiyalarla birlikdə enerjinin böyük hissəsini də boşaldırsınız.

Arzu olunan enerji "qonaqlığını" qorxu vasitəsilə də almaq olar: qorxu insanın aurasında "deşiklər" əmələ gətirir. Energetika vampiri onların arasından girərək öz ziyafətinə başlayır.

Çox vaxt qurbanlıq səcdəgahına könüllü olaraq gedirik! "Səndən başqa heç kəsə etibar edə bilmərəm", "Elə bədbəxtəm ki..." sözlərinə necə biganə qalmaq olar? Bu zaman ürəyiniz açılır və enerjiniz sanki deşikli qaz balonundan axaraq azalır. Kiminsə ağrı və acılarını dinlədikdən sonra hər zaman dəhşətli yorğunluq və laqeydlik hiss edirsiniz.

Bəzən enerji vampirini siz daha yaxın ətrafda tapa bilərsiniz. Yaxınlarınızdan heç kim sizdən daha çox enerji sormağı və zərər verməyi qarşısına məqsəd qoymur. Bu, şüuraltı səviyyədə baş verir. Birlikdə yaşamağın müsbət tərəfləri odur ki, zəruri hallarda ailə üzvləri bizi avtomatik olaraq "enerji" ilə "qidalandırır".

Evli cütlüklərin enerji balansının nə qədər ahəngdar olmasına baxmayaraq, heç kim gözlənilməz uğursuzluqlardan sığortalanmayıb. Həyəcanlanmış qadınlar həyat yoldaşının vəziyyətində narahatlıq sezir, amma məsələnin nə olduğunu anlamırlar. Bir çox hallarda kişilər münasibtələrə daha az şəxsi enerji sərf etməyə başlayanda, qadınlar elə düşünür ki, həyat yoldaşının sevgisi tükənib.

Həyəcan siqnalı qaldırmağa və şikayət etməyə tələsməyin. Bu dəyişikliklərin nə ilə bağlı ola biləcəyini düşünün: bəlkə əriniz işdə yorulub və ya səhhəti pisləşib, yaxud da səbəb işdə hər hansı böhran vəziyyəti və qohumlar arasında yaranmış narazılıqlardır. Odur ki, kişi tez-tez istirahət etmək, psixoloji rahatlıq və ya təklik tələb edir. Ona kömək edin.

Qalmaqal isə bir insanın həyat enerjisini sormaq üçün ən etibarlı bir üsuldur. Söz-söhbət nəticəsində yaranan boşluq təhqiramiz sözlərin mübadiləsi ilə deyil, qışqıran adamın əhəmiyyətli miqdarda güc itkisi ilə bağlıdır. Əgər münaqişələrin müntəzəm təşviqatçısınızsa, əminliklə demək olar ki, siz əriniz, oğlunuz, atanız və s. şəxslərin enerjisi ilə "bəslənirsiniz".

Bir çox ailələrdə qalmaqalların baş vermə səbəbi ər-arvadın enerji mübadiləsinin başqa bir üsulunu bilməməsi ilə izah edilir.

Həyatın rəngi

3-4 yaşadək olan uşaqlar müəyyən bir risk qrupu kimi təsbit edilə bilər: onların enerji təhlükəsizliyi aşağı səviyyədədir və valideynlərin ruhi vəziyyətindən çox asılıdırlar. Lakin o da həqiqətdir ki, uşaqlar enerji balansını böyüklərdən daha sürətli bərpa edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 952   Tarix: 08 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451