Mədə ağrılarının bilmədiyimiz səbəbləri

Mədə ağrılarının bilmədiyimiz səbəbləriDemək olar ki, mədə ağrısı hamının başına gələn narahatlıqlarındandır. Mədə ağrısının səbəbi mədə ilə yanaşı başqa orqanlar da ola bilər.

BiG.AZ xəbər verir ki, ağrı qısa müddətli və gəlib-keçici ola bilər və ya sadəcə yemək yedikdən sonra müşahidə oluna bilər. Ancaq daha uzun müddət davam edən, davamlı ağrılara səbəb olan mədə narahatlıqları da mövcuddur.

Mədə ağrıları adətən bu xəstəliklərə görə baş verir:

Stress
Stress yuxusuzluq, baş ağrısı və təzyiqə səbəb olduğu kimi mədə ağrılarına da səbəbi ola bilər. Çəki və iştaha itkisi, əsəbi bağırsaq sindromu stressdən yaranan qarın ağrılarının digər nəticəsidir. Diqqət edilməsi vacib olan bir məqam, bu problemlərin ikili istiqamətli olmasıdır. Yəni, stress qarın ağrılarına səbəb olduğu kimi, qarın ağrıları da stressə və depressiyaların səbəbi ola bilər.

Apendisit
Apendisitin iltihablanması nəticəsində yaranan və ağrlı qarın ağrısı ilə özünü müəyyən büruzə verən xəstəlikdir. Ağrı göbək dəliyi bölgəsində başlayır, ancaq daha sonra qarının sağ alt hissəsinə doğru yayılır. Yüngül qızdırma və titrəmə xəstəliyin digər əlamətləridir. Apendisit əməliyyat olunmadığı təqdirdə, hətta ölümlə nəticələnə bilər.

Xora
Mədə və ya incə bağırsağın üst hissəsində yerləşən qoruyucu divarda yaranan zədə və ya oyuq xora əmələ gəlməsinə səbəb olur. Nazik bağırsaq yarasına mədə xorasına görə daha çox rast gəlinir. Bu zaman orta və üst qarında yemək sonrası ağrılar müşahidə edilir. Ən əhəmiyyətli səbəbi helikobakteriya pilori deyilən bakteriya növüdür. Xoranın müalicəsində antibiotiklər və antiturşular istifadə edilir.

Qida zəhərlənməsi
Qida zəhərlənməsi ilə yayılan virus və bakteriyalar ishal və mədə, ürəkbulanmasıyla birlikdə, qarın ağrısına da səbəb ola bilər. Ümumiyyətlə, əlamətlər bir-iki gün ərzində keçsə də, çox ciddi hallarda qida zəhərlənməsi ölümlə nəticələnə bilər. Əgər mədənizdə iltihab varsa, qida zəhərlənməsi ilə bərabər gələn qarın ağrısı daha uzun müddət davam edə bilər.

Bağırsaq iltihabı
Nazik və ya yoğun bağırsağın daxili hissəsində iltihablanma yara və tıxanmalara səbəb ola bilər. Bağırsaq iltihablanması diqqətlə müayinə edilməlidir. Çünki irəliləyən yaşlarda bağırsaq xərçənginə səbəb ola bilər.

Xərçəng
Çox geniş olmamasına baxmayaraq, qarın bölgəsində yer alan hər hansı bir orqanda (mədəaltı vəzi, mədə, öd kisəsi, yumurtalıq) görülən xərçəng bir müddət sonra mədə ağrısına səbəb ola bilər. Ürəkbulanma, iştahanın azalması, çəki itkisi, bağırsaq hərəkətlərində görünən dəyişiklik digər əlamətləri arasındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1319   Tarix: 04 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833