Makqreqorla Nurməhəmmədov yenə "döyüşdü" - Bu dəfə...

Makqreqorla Nurməhəmmədov yenə "döyüşdü" - Bu dəfə...
İrlandiyalı döyüşçü Konor Makqreqorla dağıstanlı Həbib Nurməhəmmədovun ulduzu heç cür barışmır.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, Makqreqor karyerasını bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına "Twitter" hesabında belə reaksiya göstərib:

"Sənin pulunu əlindən aldılar, mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar, balaca siçan. Tezliklə Las Veqasda böyük parti olacaq, balaca".

Tezliklə Nurməhəmmədov ona cavab verib:

"Pul gəlib, gedəndir. Amma şərəf yox. Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən. Sən bununla yaşa. MMA karyeranı bitirməklə "Twitter"də karyerana başlamısan?"

Qeyd edək ki, ötən həftə Konor Makqreqor MMA karyerasını bitirdiyini açıqlayıb.

Makqreqorla Nurməhəmmədov yenə "döyüşdü" - Bu dəfə...

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2202 Tarix: 01.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər