"Malların hamısı yanıb külə dönüb, heç kim çıxara bilməyib"

"Malların hamısı yanıb külə dönüb, heç kim çıxara bilməyib"
Bu gün Bakıda yanan "Diqlas" Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.

BiG.AZ xəbər verir ki, bu barədə bakupost.az-a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub: "Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib".

Sahibkar bildirir ki, TM-də dükanların kvadratmetrinin qiyməti 200 manatdan başlayır. Ticarət mərkəzinin sahibləri isə dükan sahiblərinin mallarını sığortalamayıb.

Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın miqdarı təxminən yarım milyard manata yaxındır: "Ticarət Mərkəzində qızıl, brilyant, kürk, bahalı gəlinliklər satan mağazalar var. Hər şey yanıb".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1256 Tarix: 26.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol