Kəramət Böyükçöl: "Bu ölkə Zaurların, ay Zaurlarındırmı?" - MÜSAHİBƏ

Kəramət Böyükçöl: "Bu ölkə Zaurların, ay Zaurlarındırmı?" - MÜSAHİBƏVaxtaşırı sosial şəbəkələrdə statusları, söylədiyi fikirlərlə gündəmə gəlir yazar Kəramət Böyükçöl. Son iki gündür meyxana janrının lazımsızlığı ilə bağlı dediyi fikirlərlə mövzuya çevrilməyi bacarıb. Çoxları, hətta atası, şair Qəşəm Nəcəfzadə onu bu fikrinə görə qınasa da o, dediyindən dönmür.

Kəramət Böyükçöl News24.az-a müsahibəsində "İstəməzdim atam belə narahat olsun" deyir.

Müsahibəni təqdim edirik.

-Bir çox atalar kimi o da narahatdır. Mənim barəmdə dediyi, yazdığı fikirləri oxumamışam. Amma ata təəsüfkeşliyidir. Orada ziyalı mövqeyi yoxdur, şair, ictimai ziyalı kimi deyil, ata kimi danışır. Bütün atalar belə danışardı. Şübhəsiz ki, onun narahatçılığı və həyacanı məni narahat edir. Amma atam da bəzi məsələləri həddindən artıq ciddi qəbul edir. Yaşlı insandır, səhhətində problemlər var. Böyrəyini əməliyyat etdirməlidir ki, təzyiqi qalxmasın. Amma deyir ki, məni bu günə Kəramət qoyub. Mənim şəxsi problemlərimin bu məsələyə nə aidiyyatı var?

- Atanız sizin içki içən dostlara qoşulduğunuzu, onların sizi yoldan çıxardıqlarını, sizdən istifadə etdiklərini, hətta ailənizinin də içkiyə görə dağıldığını deyir. Bu ittihamlarla razısınızmı?
- Bütün valideylər həmişə düşünür ki, onun oğlunu kimsə içirdir, pis yola çəkir. Bu klassik bir ata obrazının düşüncəsidir. İçməyimin bu məsələyə nə dəxli var? Mənim yazdığım fikirlərə xeyli haqq qazandıran insan var. Üstəlik, iki aya yaxındır ki, içki içmirəm. Məsələni bu şəkildə şişirtmək mənasızdır.

- Ailənizi yenidən bərpa etmək niyyətiniz varmı?
- Yox. Dünyada ayrılan tək insan mən deyiləm. O qədər nümunələr varki. Bir necə dəfə ailə qurub boşanan xeyli sayda şairlərimiz, sənət insanlarımız var. Mən öz övladlarımdan imtina etməmişəm. Onlara aliment verirəm, qayğılarına qalıram. Ailənin dağılmasına görə atamın narahat olması ictimayyəti maraqlandıran məsələ deyil. Bu tamamilə şəxsi bir məsələdir. Dağılıb dağılıb da...

- İki övladınız var. Siz özünüz necə atasınız? Atanızın yerində olsaydınız nə edərdiniz?
- Övladlarım müəyyən yaşa çatandan sonra onların fikirlərinə, düşüncələrinə qarşı heç bir məsuliyyət daşıya bilmərəm. Onların fikirlərinə müsbət yanaşaram. Mən içində belə iddiaları olan insanam. Yaradıcılıq arzularımı atamın primitiv düşüncələri ilə tay tutmaq olmaz. Cəmiyyətin maariflənməsini, onların bayağı, zövqsüz musiqilərdən uzaqlaşması ilə bağlı sərt fikirlər səsləndirirəm. Amma atam da deyir ki, təzyiqim qalxır, Kəramət içki içir və s. Bunun məsələyə nə aidiyyatı var? İntelektual ziyalılara, ciddi insanlara bu barədə məlumat verilsə, gülərlər. Meyxana təfəkkürünü, düşüncəsini qidalandıran insanlar bunu söyüşlə, təhqirlə qarşılayırlar. Atamın da bu şəkildə yanaşması məişət təfəkkürüdür.

- Atanız sizin bir çox çıxışlarınıza görə insanların onları söydüklərini deyir. Bu sizə təsir etmir?
- Cəmiyyətin fikirlərimə görə valideynlərimi təhqir etməsi mənim problemim deyil. Bu hal bir yandan da məni narahat edir. Amma nə edə bilərəm? Məsələn, Aqil Abbasın "hər kəs soğan əkməlidir" fikrinə görə nə qədər təhqir olunub, söyülüb. Siyasətçilər, tanınan insanlar öz fikirlərinə görə azmı təhqir olunub? Cəmiyyət budur! Ölkədə öz fikirlərinə görə təhqir olunan tək mənəm? Bu cür çıxışlar hər kəsin işi deyil.

- Çıxışlarınızla tarixdə qalacağınıza inanırsınız?
- Ümumiyyətlə, bu ölkənin tarixində qalmaq istəmirəm. Çünki ölkənin tarixinə təsadüfi insanlar da düşüb. Mən yazan insanam. Öz fikirlərimi yazıram. Guya bu tarixdə qalmağa nə var ki? Meyxanaçılar tarixdə qala bilir, mən yox? Belə bir iddiam da yoxdur.

- Bəs iddianız, məqsədiniz nədir?
- Cəmiyyəti, insanları daha təfəkkürlü, düşüncəli, zövqlü görmək istəyirəm. Buna görə də fikirlərimi bildirirəm. İstəmirəm ki, efirlər insanları bu vəziyyətə qoysun... Sadəcə "sms" vasitəsilə insanların cibinə girən meyxanaçıları, onların meyxanalarına efirlərdə yer verən adamları qınayıram. Belə şeylər olmamalıdır. Guya bu xalqın dərdi qurtarıb, iki və ya üç kişi bir-birlərinə ağızlarına gələni deyirlər. Axı bizim o qədər dərdimiz, problemlərimiz var. Niyə kütlə meyxanaya bu qədər həvəs göstərir? Kütlənin məsuliyyətsiz olması məni narahat etmir. Amma bu kütləyə yol göstərən insanların məsuliyyətsizliyi məni narahat edir. Efirlərin maarifçilik missiyası budur? Bu ölkə Zaurların, ay Zaurlarındırmı?

- Qəşəm müəllim əslində sizi necə övlad olaraq görmək istəyir?
- Sakit, başı aşağı, deyilən hər fikirlə razılaşan biri kimi görmək istəyir. Kim nə desə onunla razılaşmağımı istəyir. Atam bu düşüncənin adamıdır.

- Doğrudurmu ki, ikinci ailənizin dağılmasına içki səbəb olub?
- İçki səbəb olubsa olub. Mən beləyəm. Amma bunların çoxu yalandır. Atam da bu məsələləri çox şişirdir. Mən hər gün necə içkili ola bilərm ki, hər gün işə gedib-gəlirəm. İyirmi dörd saat içkili olmaq olar? Mənim adımı bu cür hallamdırmaq olmaz. Ayıbdır! Hazırda Bakı Dövlət Universitetinin mətbuat xidmətində işləyirəm.

-Yazdığınız statusların, dediyiniz fikirlərin gündəm yaratması ilə fəxr edirsiniz?
- Məndə belə bir hiss yoxdur. Əksəriyyət mənim fikirlərimi anlamayıb, söyüb təhqir edir. Bunun nəyi ilə fəxr edim? İstərdim ki, fikirlərim normal anlayışla qarşılansın. Normal polemika, müzakirə mövzusu olsun. Efirlərdən mənə xeyli təkliflər gəlir. Amma bir çoxundan imtina etmişəm. Gedib danışmaq istəmirəm.

- Amma sizi cəmiyyətin qəbul etmədiyi, rişxənd edilən verilişlərdə də görürük. Bəs niyə o verilişlərdə iştirak edirsiniz?
- Mən həmişə fikirlərimi demişəm. Sadəcə olaraq verilişlər montaj olunur, sosial şəbəkələrdə fikirlərim konteksdən çıxarılıb başqa formada yayılır. Bu səbəbdən insanlar da mənim onlar kimi düşüncədə olduğumu fikirləşirlər. Çıxış yolu odur ki, gərək hamı ilə bir-bir oturub danışasan. Ondan sonra səni anlayarlar. Düşünürəm ki, cəmiyyətə söz deməyə ehtiyac yoxdur. Qoy çalıb, oynasınlar. Necə deyərlər "alan razı, verən razı" mən niyə narahat olum? Cəmiyyətin bu düşüncədə olmağından ən çox siyasətçilər, iqtidar, müxalifət, müğənnilər, falçılar, bir sözlə hamı istifadə edir. Bircə yazıçılar bundan istifadə edə bilmir. Çünki onlar həmişə bunun ağrısını çəkib, narahatçılığını daşıyırlar. Həmişə belə olub. Görünür belə də olacaq. Ümidim yoxdur.

- Sizə qarşı çıxan, sizi anlamayanlara nə demək istərdiniz?
- Anlamaqlarını arzu edərdim. Təhqirlərə də cavab vermək niyyətində deyiləm. Onların günahı yoxdur. Sadəcə onların başqa bacaracağı bir şey yoxdur, əllərindən gələn odur. Onları qınamıram. Hesab edirəm ki, onların bu vəziyyəti uzun müddət belə qalacaq...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2651   Tarix: 26 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774