"Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR

"Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR

“Azərbaycan Gözəli-2019"-un qalibi məlum olub.
BiG.AZ-a bu haqda təşkilat komitəsindən açıqlama verilib: " "Şou Prodakşn"-nın (Show Production-nun) layihəsi olan "Azərbaycan Gözəli" Milli Gözəllik yarışması hər il "Şou Prodakşn" tərəfindən təşkil olunur və onu deyə bilərik ki, bu yarışmaya maraq olduqca böyükdür. Bu il də yarışmanı yüksək səviyyədə təşkil etməyi qarşımıza məqsəd qoymuşduq. Yarışma “Bompani” İtalyan Məişət Avadanlıqlarının baş sponsorluğu ilə təşkil olunub. Yarışma iştirakçıları 16-35 arası olan Azərbaycan xanımları idi. Hər bir iştirakçı yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edirdi. "Azərbaycan Gözəli-2019" Milli Gözəllik yarışmasının qalibini müəyyən etmək üçün iki seçim turu təşkil olundu. Hər iki seçim turunda yüz əlli nəfər xanım iştirakçı qatılmışdı. Ancaq tanınmış insanlardan ibarət olan münsiflər heyətinin qərarı ilə 32 xanım iştirakçı müsabiqənin yarımfinal mərhələsinə adlaya bildi. Münsiflərin qərarı ilə finala 14 xanım iştirakçı vəsiqə qazandı. Final gecəsi isə olduqca maraqlı oldu. Tədbirdə iştirak edən sənətçilərin ifaları gecəyə xüsusi rəng qatdı. Eyni zaman da dj Çinanın xüsusi müsiqilərin səsləndirməsi finalçı xanımların və gecənin qonaqlarının zövqünü oxşadı. Final gecəsində qaliblər yalnız münsifələrin qərarları ilə deyil, həm tədbirdə iştirak edən tamaşaçıların verdiyi səslərdən, həmçinin də iştirakçı xanımların özlərinin biri-birlərinə vermiş olduğu səslərə görə müəyyən olundu.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi Big.az-a məxsusdur.
"Azərbaycan Gözəli-2019" Milli Gözəllik yarışmasının qalibləri aşağıdakılardır:
I yerin qalibi Melisa Nuriyeva
II yer Ayşən Məmmədovq
II yer Şakira Gulueva
IIl yer Setayesh Zahiri
III Ləman Əkbərova

"Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR "Azərbaycan Gözəli-2019"-un qalibi məlum oldu AÇIQLAMA - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2962 Tarix: 25.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol