"Oğlunuza qız vermisənlər ki, anası müğənnidir" - Nuradan həmkarlarına

"Oğlunuza qız vermisənlər ki, anası müğənnidir" - Nuradan həmkarlarına

“Bizi gözdən salan elə müğənnilərin bəziləridir”.

Axşam.az xəbər verir ki, bu sözləri “Hər şey daxil” proqramında müğənni Nura Suri deyib.

O, “oğluma müğənni qız almaram” deyən həmkarlarını qınayıb.

“Biri çıxıb deyir ki, oğluma müğənni qız almaram. Sənin özünü alıblar, ərdəsən. Oğul anasısan. Onda belə çıxır ki, sənin də oğluna heç kim qız verməsin ki, anası müğənnidir. Niyə bizi gözdən salırsan? Yaxud hansısa kişi müğənnilər çıxır deyir ki, belədir, elədir. Məgər, adamın şəxsiyyəti ilə sənətini bir tuturlar? Kaş ki, Üzeyirdə olan etika, başqa kişi müğənnilərimizdə olsun” deyə, Nura bildirib.

Qeyd edək ki, əməkdar artistlər Könül Kərimova, Elnarə Abdullayeva, müğənni Nadir Qafarzadə “Övladıma müğənni almaram” deyən tanınmışlarımız sırasında yer alır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1097 Tarix: 25.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol