"O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib" - Hüseyn Dəryanın ilk xanımı

"O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib" - Hüseyn Dəryanın ilk xanımıSon günlər mərhum reper Hüseyn Dəryanın qızı Ayişənin "Bizimləsən" verilişinə çıxaraq, reperin ikinci evliliyindən olan oğlundan DNT testi etdirməsini istəməsi gündəmdən düşmür. 16 yaşlı Ayişə demək olar ki, hər gün efirə çıxsa da, reperin ikinci həyat yoldaşı oğlunun test etdirməsinə razı olmur. O bildirir ki, ondan ancaq bu cür tələbi Hüseyn Dərya özü edə bilər.

Bu dəfə məsələyə məşhurun ilk həyat yoldaşı Seva qarışıb. O, musavat.com-un suallarına cavab verərək, yaşananlara aydınlıq gətirib:

- Seva xanım, iddia edilir ki, Hüseyn Dərya ilə ayrılmağınıza səbəb Sona olduğu üçün indi qisas alırsınız. Buna görə də DNT testi istəyirsiniz...

- Hüseyn Dərya məndən deyil, mən ondan ayrılmışam, çünki mənə xəyanət etdi. Mən də qadın qüruruma xəyanəti sığışdıra bilmədim və boşandım. Bizim ailəmizi Sona dağıtdı. 16-17 yaşlı, 11-ci sinif şagirdi, özündən 10 yaş böyük, evli və uşaqlı adamın ailəsini dağıtdı. Hüseyn sonradan səhvini başa düşdü, mənə geri qayıtdı, amma gec idi. Mən xəyanəti və yalanı bağışlamıram. Biz heç kimdən qisas almırıq. Qızım içindəki şübhələrə aydınlıq gətirmək istəyir. Bu, onun seçimidir, mən də qızımın istəyinə hörmətlə yanaşıram.

- İndiyə kimi niyə belə tələblər irəli sürməmisiniz, şübhələnməyinizə əsas varmı?

- Mən heç vaxt bu haqda düşünməmişəm. Ehtiyac yoxdur. Amma qızım istəyir, onun əmin olması üçün mən də yanında oluram. Qızımı tək qoyası deyiləm ki... Amma bilin ki, o test mənə lazım deyil. Əgər lazım olsaydı, 5 il gözləməzdim. Bizim ailə efir insanı deyil. Qızımın şübhələri var, çünki ətrafda xeyli insan Cahangirin Hüseynin oğlu olmadığını deyir. Hüseyn bizə deyirdi ki, Cahangir onun oğlu deyil, ona ad-soyadını verməyə məcbur qalıb. Polisə verilib, döyüldüyü üçün məcbur qalıb. Hüseyn iddia edirdi ki, o, narkotikdən istifadə edirdi və övladı olması mümkün deyildi. Qızım bunları atasının ağzından eşitdiyi üçün bu cür addım atır. Sona nikah kağızını və uşağın doğum haqqında şəhadətnaməsini göstərir. O sənədlərdən bizdə də var. Biz DNT testi istəyirik. O, özü-özündən arxayın deyil, niyə qaçır? 2006-cı ilin oktyabrında onlar nikah bağlayıb, Cahangir isə həmin ilin dekabrında doğulub. Onlar nikaha gedəndə Sona 7 aylıq hamilə imiş, Hüseyn məcburiyyətdən evlənib. "Bizimləsən"in eksperti olan Hacı Sonanın göndərdiyi kəbin kağızına baxdı, bildirdi ki, bu, kəbin kağızı deyil. Deməli, Sona camaatı aldadır.

- Sona da verilişdə dedi ki, 10 ildən çoxdur, eyni nömrəni işlədir. Niyə Ayişə Sonaya yox, "Bizimləsən" verilişinə müraciət edib?

- Nə mənim, nə də qızımın Sonadan xəbəri yox idi. Düzdür, qızım istəsəydi, mən Sonanın nömrəsini tapa bilərdim. Qızım dedi ki, atamın sözlərindən sonra mən Sonadan heç nə tələb edə bilmərəm, çünki onların məni düzgün yönləndirəcəklərindən əmin deyiləm. Sona xanım deyir ki, Ayişə istəsə, ona zəng edə, Cahangirə bacılıq edə bilərdi. Onun sözləri səmimi və inandırıcı deyil. Məsələn, deyir ki, Hüseyn küçələrdə qalanda heç kim ona dəstək olmadı. H.Dərya qəzaya düşəndə gecə ilə təyyarəyə minib, Moskvadan Bakıya gəldim. Bakıda olan Sona yanında deyildi. Ayişə şəffaflıq üçün "Bizimləsən" verilişinə çıxdı.

- İddia edilir ki, Ayişə məşhur olmaq üçün bu addımı atır. Bu, nə dərəcədə doğrudur?

- Əgər qızım məşhur olmaq istəsəydi, Hüseyn Dəryanın qızı kimi telekanallara çıxar, məşhurluq üçün çalışardı. Amma Ayişənin tək istəyi qardaşının doğma olub-olmadığını dəqiqləşdirməkdir. O, xaricdə təhsil alıb, istedadlı və savadlıdır. Ona məşhurluq lazım deyil.

- DNT testi edilsə, Cahangirlə Ayişə bacı-qardaş çıxsa, nələr dəyişəcək?

- Ayişə və Hüseynin ailəsi Cahangirin reperin oğlu olub-olmamasını bilmək istəyir. Əgər həqiqətən oğludursa, onu da Ayişə kimi bağırlarına basıb, sevəcəklər. Çünki Hüseynin bioloji balası onların qanından, canındandır. Əgər Hüseynin oğlu olmasa, Ayişə yenə də Cahangiri sevəcək və ömrünün sonuna kimi onun yanında olacaq.
"O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib" - Hüseyn Dəryanın ilk xanımı"O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib" - Hüseyn Dəryanın ilk xanımı"O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib" - Hüseyn Dəryanın ilk xanımı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5991   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 0
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 0
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 0
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 467
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 341
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 354
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 111