Aparıcı canlı yayımda xalq artistinə "Hər kəs otursun öz xarabasında" deyən Afəti BELƏ BİABIR ETDİ

Aparıcı canlı yayımda xalq artistinə "Hər kəs otursun öz xarabasında" deyən Afəti BELƏ BİABIR ETDİ

"Afət bizim dostumuz ola bilər. Dost deyəndə ki mən onu bu verilişə gələndən tanıyıram. Afət başqa insanlara nəsə deyə bilər, qarışmıram. Amma Afət Brilliant Dadaşovaya cavab verə bilməz".

BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində deyib. O, xalq artisti Brilliant Dadaşovaya "Hər kəs otursun öz xarabasında" deyən müğənni Afət Fərmanqızının ünvanına sərt sözlər ünvanlayıb:

"Çünki Brilliantı sevən məim kimi minlərlə insan var. Mənim Afətdən qorxacağım, asılacağım, umacağım nəsə yoxdur. Afət, Brilliantın sənəti sənin oxudğun mahnılardan qat-qat yüksəkdədir. Bunu mən, 17 il sənətdə olan Tarix Əliyev deyir. Olur, səhifəndə paylaşım edib kiməsə atmaca atırsan. Nəsə desən, cavabını da alarsan. Heç kəs də mənim qarşımı ala bilməz".

Qeyd edək ki, Nəsiminin "Mən bu cahanə sığmazam" qəzəlini hind ritmi ilə oxuyan Afət xalq artisti Flora Kərimova tərəfindən tənqid olunub. B.Dadaşova F.Kərimovaya sərt sözlər deyən Afəti bu hərəkətinə görə qınayıb:

"50 ildən çox sənəti olan Flora Kərimovanın təhqir olunması mentalitetimizə, milli-mənəvi dəyərlərimizə ziddir. Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş?! Biz indi müstəqil, azad respublikayıq. Bu o deməkdir ki, biz böyük-kiçiyə hörməti itirməliyik?!".

Ruida


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3747 Tarix: 25.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol