Qrip olduğuna görə xəstəxanaya getmişdi, 9 gündür evə qayıtmayıb - FOTO

Qrip olduğuna görə xəstəxanaya getmişdi, 9 gündür evə qayıtmayıb - FOTO

Hatayda xəstəxanaya getmək üçün evdən çıxan 3 uşaq atasından 9 gündür ki xəbər yoxdur.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı Yunis Azap qrip xəstəliyinə görə Hatay dövlət xəstəxanasına, müayinəyə gedib. 38 yaşlı kişinin motosikleti Asi çayının ətrafında tapılıb.

Asi çayın ətrafında axtarışlar aparılsa da, Yunis Azapdan heç bir izə rast gəlinməyib.

Yunis Azapın qardaşı Volkan Azap mətbuata açıqlamasında bildirilir ki, xəstəxananın təhlükəsizlik kamerasında onun saat 21:45 radələrində müayinə olunduqdan sonra oradan çıxdığı göstərilir: "Asi çayının ətrafına gələrək motosikletini və üzərindəki əşyaları qoyaraq yoxa çıxıb. 9 gündür qardaşımdan heç bir xəbər yoxdur".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 833 Tarix: 25.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol