Azərbaycanda 2 quda bir gündə vəfat etdi: Ehsan süfrəsi arxasındaca...

Azərbaycanda 2 quda bir gündə vəfat etdi: Ehsan süfrəsi arxasındaca...
Bərdənin Güloğlular kəndində qəribə və kədərli hadisə baş verib.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, iki quda bir gündə vəfat edib.

Ağdərə rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşərək Bərdə rayonunun Güloğlular kəndində məskunlaşmış Tapdıq Cəfərovun dəfnindən qayıdan kənd sakinləri daha bir ölüm hadisəsinə şahid olublar.

Belə ki, Tapdıq Cəfərovun dəfnindən qayıdan qudası Baloğlan kişi ehsan süfrəsi arxasındaca dünyasını dəyişib.

İlkin məlumata görə, Baloğlan kişi şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onun qəfil ölümünə də bu xəstəliyin səbəb olduğu güman edilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2363 Tarix: 25.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol