Arvadını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı - VİDEO

Arvadını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı - VİDEO
Botsvanada pilot təyyarə ilə həyat yoldaşını öldürməyə çalışıb.

“Eyewitness News”un məlumatına görə, hadisə ölkənin paytaxtı Qaboronedə baş verib.

İlkin məlumatlara görə, pilot hadisədən bir neçə saat əvvəl həyat yoldaşı ilə mübahisə edib. Mübahisədən sonra isə həyat yoldaşını öldürmək qərarına gələn pilot təyyarəni evinin üstünə çırpıb.

Hadisə nəticəsində pilot həyatını itirib. Ailə üzvləri isə evdən qaçaraq sağ qalıblar.

Xatırladaq ki, təyyarənin evə çırpılması nəticəsində ev tamamilə dağılıb. Ətrafdakı 11-ə yaxın nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.(oxu)



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 700 Tarix: 24.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol