Üzeyirdən döyülməsi xəbərinə - AÇIQLAMA

Üzeyirdən döyülməsi xəbərinə - AÇIQLAMA

Müğənni Üzeyir Mehdizadə Moskvada Rəqsanə İsmayılovanın restoranında köməkçisi ilə birlikdə döyülməsi xəbərinə açıqlama verib.

BiG.AZ "Qafqazinfo"ya istinadən bildirir ki, ifaçı hadisənin qısa mübahisə olduğunu bildirib.

O, yeni fotosunu paylaşaraq yazıb:

"Gördüyünüz kimi hər şey qaydasındadır. Qısa məlumat verim:sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub, o da dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içində də iki qardaş arasında söz-söhbət olur. Şairlə nə dava-dalaş? Bir şəkil də paylaşdım ki, rahat olasız".

Qeyd edək ki, Üzeyirin döyülməsi xəbərini Axşam.az saytı yaymışdı. Bildirilirdi ki, müğənni ilə köməkçisi Moskvada yaşayan azərbaycanlı iş adamları tərəfindən döyülüblər. Üzeyir yüngül xəsarətlər alsa da, köməkçisinin vəziyyəti yaxşı olmayıb.
***
Müğənni Üzeyir Mehdizadə Novruz Bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib.

Big.Az axşam.az-a istinadən bildirir ki, konsertdən sonra ifaçı və köməkçisi döyülüb.

Onları döyən şəxslər isə Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır.

Qeyd edək ki, konsertdə Üzeyir yüngül zədə alsa da, köməkçisinin vəziyyəti ürəkaçan olmayıb.

Digər tərəfdən Üzeyirin, konsert baş tutan restoranın və məkanın sahibi Rəqsanə İsmayılovanın sosial media hesabında konsertdən görüntülər paylaşmaması da diqqət çəkib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2101 Tarix: 23.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol