"Oğluna internet yükləmədiyimizə görə, zəhərləndiyini deyib" - Emmaya cavab

"Oğluna internet yükləmədiyimizə görə, zəhərləndiyini deyib" - Emmaya cavabMüğənni Elmira (Emma) Ələkbərzadənin "Riviera" restoranında balıqdan zəhərlənməsi barədə iddiasına qarşı tərəf münasibət bildirib.

BiG.AZ xəbər verir ki, "Riviera" restoranından "Qafqazinfo"ya verilən məlumta görə, müğənni olmayan hadisəni xəbərə çevirməklə restoranın imicinə kölgə salmağa cəhd edib:

"Əminliklə deyirik ki, Elmira xanımın "Riviera" restoranında yediyi qidadan "zəhərlənməsi" ilə bağlı yaydığı məlumat həqiqəti əks etdirmir. Əslində Elmira xanımı qıcıqlandıran "səbəb" onun restoranda olarkən əməkdaşlarımızdan restoran xidmətindən kənar xidmət tələb etməsi ilə bağlıdır.

Belə ki, martın 19-da saat 16.30 radələrində restorana gələn Elmira xanım balıqdan hazırlanmış salat sifariş edib. Restoranda olarkən ofisianta oğlunun internet limitinin bitdiyini, təcili olaraq ona internet paketi yükləməyə kömək etməsini xahiş edib. Restoranda internet limiti yüklənməsi üçün müvafiq cihaz olmadığı ona bildirilib. Elmira xanım 20 manat nəğd pul təklif edərək ofisiantdan öz maaş kartından oğlu üçün internet yükləməsini xahiş edib. Ofisiant maaş kartında pul olmadığını bildirdikdə, Elmira xanım post-terminal vasitəsilə internet yüklənməsini istəyib. Post-terminalın yalnız nağdsız ödəniş almaq funksiyasının olduğunu, internet yüklənməsinin mümkün olmadığı ona izah edildikdə ofisiantdan tələb edib ki, yaxınlıqda hardasa ödəmə mərkəzindən onun oğlu üçün internet paketi yükləsin. Lakin ona xidmət edən ofisiant bunu edə bilməyəcəyini Elmira xanıma bildirərək, digər müştərilərə də restoran daxilində xidmət göstərməli olduğunu izah edib. Həmçinin, ofisiantın xahişi ilə administrator da Elmira xanıma yaxınlaşaraq ofisiantın restorandan kənar xidmətə göndərilməsinin mümkün olmadığını nəzakətlə izah edib.

Elmira xanım orada olmayan oğlunun istəyini yerinə yetirə bilmədiyindən pərişan olduğunu anlayışla qarşılayırıq. Bir ana kimi narahat olduğunu, restoranımızın əməkdaşlarının onun tələbini icra etmədiyindən, guya, "zəhərlənməsinə" dair sosial şəbəkədə məlumat yaymasını qadın emosionallığı kimi qəbul edirik. "Zəhərlənmə"nin təsdiqi üçün ən azı müvafiq həkim rəyi olmalıdır ki, belə bir rəyin olmadığı da mübahisəsizdir.

Həmin gün "Riviera"da Elmira xanımın yediyi salatdan digər masalarda olan onlarla müştəri də yeyib və heç kəsdən irad, narazılıq, şikayət daxil olmayıb.

Yanlış məlumatı xanım müğənninin duyğusallığı kimi dəyərləndirərək, ondan hər hansı tələbimiz yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1421   Tarix: 22 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 412
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 248
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 0
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 484
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 185
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 360
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 416
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 474
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 251