Əsəbi Beren Saat 5 qutu siqaret aldı

Əsəbi Beren Saat 5 qutu siqaret aldı
İstanbulun Nişantaşı səmtində bir kafedə çəkiləcəyi serialla bağlı görüş keçirən Beren Saat çıxışda obyektivlərə tuş gəlib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ailəsinin dağılmasına görə ağır günlər keçirən aktrisa başını işi ilə qatmağa çalışıb.

Berenin əsəbi olduğu, yaxınlıqdakı bir marketdən 5 qutu siqaret aldırdığı diqqətdən qaçmayıb. Gözlərdən uzaq olmaq üçün aktrisa kafedəki ən arxa yerdə olan masaya oturub.

Jurnalistlərə gülümsəyən Saat həyat yoldaşı Kenan Doğulu ilə bağlı suallara "Bunları soruşmayın" deyərək, hadisə yerindən uzaqlaşmağa çalışıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2907 Tarix: 21.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol