Nigar Camal kiminlə sevgilidir? - "Yaşın fərqi yoxdur" - VİDEO

Nigar Camal kiminlə sevgilidir? - "Yaşın fərqi yoxdur" - VİDEO
“Eurovision - 2011”-in qalibi Nigar Camal “Get həyatımdan” adlı klipinə təqdimat mərasimi keçirib.

Tədbirə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, dünya çempionu Elnur Məmmədli, aparıcılar Nərgiz Cəlilova, Hacı Nuran, ABD Malik, Kamilə Babayeva, müğənni Samir Cavadzadə, rəqqasə Oksana və başqaları qatılıblar.

Tədbir zamanı Nigar Camal çəkilişlərin 16 saatda tamamlandığını qeyd edib: “Çəkilişlər maraqlı keçdi. Biz yaraşıqlı azərbaycanlı oğlan axtarırdıq. Sonra ağlımıza Murad Qulubəyli gəldi. Murad çox istedadlıdır. Hamı onu məndən soruşur”.
Daha sonra müğənni Nigar Camal M.Qulubəyli ilə sevgili olması barədə yayılan xəbərlərə aydınlıq gətirib: “Belə bir şey yoxdur. Biz dostuq. Çoxları məndən soruşur ki, sevgilisiniz? Biz yaxşı dostuq”.

“Sevgidə yaşın fərqi varmı” sualına isə Nigar “Yaşın nə fərqi var ki? Rəhmətlik İlhamə Quliyeva yaxşı oxuyub” deyə cavab verib.

Klipin rejissoru və stilisti Orxan Abraxanov ekran işində rol alan Murad Qulubəyli ilə çəkilişlərin asan keçdiyini dilə gətirib.

Qeyd edək ki, “Get həyatımdan” adlı mahnının sözləri Fərid Pənahova, musiqisi Flamingo Recordsa aiddir. Ekran işinin operatoru isə Ramin Naftaliyevdir.
mənbə: musavat


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4164 Tarix: 20.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol