Polisə rüşvət təklif etdi, cərimələndi

Polisə rüşvət təklif etdi, cərimələndi
Rusiyanın Xabarovsk diyarının Lazo rayonunda yol polisinə rüşvət təklif edən 55 yaşlı Azərbaycan vətəndaşı cərimələnib.
“Qafqazinfo”nun “Lyudi DV” saytına istinadən xəbərinə görə, Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılan adı açıqlanmayan şəxsin avtomobili sənədsiz idarə etdiyi müəyyənləşib.

Sürücülük hüququ olmadığı ortaya çıxan azərbaycanlı xidməti avtomobilin oturacağına 2 min rubl (təxminən 53 AZN) dəyərində pul qoyub. Lakin polis rüşvəti qəbul etməyib. Nəticədə, onun haqqında açılmış cinayət işi hökmünə görə 15 min rubl (396 AZN) cərimə ödəməsi haqqında qərar verilib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 608 Tarix: 20.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol