Bakıda 80 yaşlı qadına qarşı dəhşətli əməl – Təfərrüat/Foto

Bakıda 80 yaşlı qadına qarşı dəhşətli əməl – Təfərrüat/Foto

Bakıda ahıl yaşlı qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, bir neçə gün əvvəl Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək onun içərisində 15 manat pul olan çantasını əlindən alıb.

Hadisə zamanı zərərçəkən qadın soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyən zaman yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Daha bir oxşar hadisə martın 16 saat 18:00 radələrində rayonun Ağa Neymətulla küçəsi ev 54 ünvanının qarşısında qeydə alınıb.

Bu hadisə zamanı isə naməlum şəxs 80 yaşlı paytaxt sakin Maya Hüseynovaya zor tətbiq edərək onun işərisində 30 manat və sənədləri olan çantasını zorla əlindən alıb.

Hər iki hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsi 17-ci polis şöbəsinə məlumat ver​iləndən sonra araşdırma aparılan zaman cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələrini törətməkdə şübhəli bilinən Quba rayon sakimi Sabir Orucov saxlanılaraq istintaqa təqdim edilib.

Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi 0,317 qram narkotik vasiə olan heroin də aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 570 Tarix: 19.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər