Yeni əfv anonsu: Həbsdə qalan siyasi fəallarla bağlı açıqlama

Yeni əfv anonsu: Həbsdə qalan siyasi fəallarla bağlı açıqlamaSəidə Qocamanlı: "Qarşıdakı bayramlar ərəfəsində də əfv sərəncamı gözləmək olar"
Martın 16-da prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı cəmiyyətdə çox yüksək qarşılanıb. Əfv edilənlərin sırasında 50-dən çox siyasi fəalın da yer alması xüsusi rəğbətlə qarşılanıb. Bu, cəmiyyət-iqtidar münasibətlərinin möhkəmlənməsində mühüm addım hesab olunur.

Həmçinin həbsdə qalan bir neçə siyasi fəalın – Seymur Həzi, Asif Yusifli, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov və digərlərinin də qarşıdakı müddətdə azadlığa buraxılması arzu edilir.

Vurğulanır ki, hökumət tərəfindən cəmiyyətə yönəlik siyasi açılımların fonunda həmin şəxslər də qarşıdakı aylarda azad edilə bilər. Praktikada olmasa da, bu ilin sonuna qədər daha bir əfv sərəncamının imzalana biləcəyi barədə xəbərlər dolaşır.

"Yeni Müsavat"a danışan hüquq müdafiəçisi, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı dedi ki, Azərbaycanda islahatların gedişi göz qabağındadır: "Bunu danmaq insafsızlıq olardı. Bu ilin əvvəlindən başlayaraq prezident tərəfindən atılan müsbət addımların şahidi olmaqdayıq. Son addım isə ən möhtəşəmi oldu. Bizim təqdim etdiyimiz siyahıdakı 55 nəfər də azadlığa buraxıldı. Onu da qeyd edim ki, siyahımızdakı beş nəfər yanvar və fevral aylarında ya cəzaları bitib azad olunublar, ya da vaxtından əvvəl şərti olaraq azadlığa çıxıblar. Ümumilikdə götürsək 60 nəfərin azad olunması ilə siyahımız qapandı. Seymur Həzi və Asif Yusiflinin azadlığa çıxmalarına çox az müddət qalıb. Düşünürəm ki, onlar qısa zamanda azadlığa buraxılacaqlar. Ümidlənməyimizə əsas var. Bilirsiniz ki, 2017-ci ildə prezident tərəfindən ədliyyə sahəsində humanistləşdirilmə ilə bağlı sərəncam verildi. O sərəncamdan keçən iki il ərzində məhkəmə yolu ilə çoxsaylı insan azad olunub. Bu iki şəxs haqqında da məhkəmə yolu ilə azadlığa buraxılma qərarı verilə bilər. Həbsdə qalan digər siyasilərin bu il azadlığa buraxılacağına ümid edirəm. Belə fikirlər səslənir ki, may ayında yenidən əfv sərəncamı veriləcək. Açığı, bunun baş verəcəyini düşünmürəm. Çünki iki ay ərzində yenidən əfv vermək halı bu günə qədər baş verməyib. Amma bilirsiniz ki, əfv sərəncamı vermək cənab prezidentin səlahiyyətidir. Üzümüzə gələn bayramlar ərəfəsində əfv gözləmək olar. Siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatlar Azərbaycana yönəlik təzyiqlər edirdilər. İndi bu əfv həmin qurumlar tərəfindən müsbət qiymətləndirilib. Bu da elə-belə olmadı. Biz bir daha beynəlxalq aləmə göstərdik ki, əgər hər hansı bir problemimiz varsa, biz onu həll edə bilərik. Əminliklə deyirəm ki, bu sərəncam dövlət strukturları, prezidentlə vətəndaş cəmiyyəti arasında aparılan danışıqlar nəticəsində imzalandı. Bununla bağlı cənab prezidentə bir daha təşəkkür edirik. 400-dən çox insan əziz bayramı evində keçirəcək. Bizləri ən çox sevindirən odur ki, işimizə qiymət verildi".

Hüquq müdafiəçisi yeni bir əfvə ehtiyacın olub-olmadığı yönündə sualımıza bu cür cavab verdi: "Ölkə başçısı tərəfindən ötənlərdə Yeni il, Qurban bayramı, Novruzda əfv sərəncamları imzalanıb. Bu il yeni bir əfv verilə də bilər. Həbsxana heç vaxt yaxşı yer olmayıb. İnsanın azadlıq hüququnu əlindən alır. Buna kiminsə ağız büzməsi, əleyhinə fikirlər səsləndirməsi dözülməz bir haldır. Hüquq müdafiəçiləri olaraq məhbusun siyasi olub-olmadığı bizi o qədər də maraqlandırmır. İndi azad olunanlar arasında elələri var ki, ağır xəstədir, övladları yollarını gözləyirdi. Onların azadlığa buraxılmaları ən böyük sevinc deyilmi? Azad edilənlər arasında qadınların olmasına necə sevinməmək olar? Gözəl Bayramlı üçün çox sevindik. Yeganə siyasi məhbus qadın idi ki, həbsxana həyatı yaşayırdı. Əfv etmək Allah tərəfindən verilən yüksək bir hissdir. Onu hər adam bacara bilməz, hər adama da bu şamil edilməz. Prezidentimiz bu hissə qadir bir insandır. Əgər cənab prezident belə bir əfv verdisə, bu o deməkdir ki, digər məhbusların azad edilməsi davamlı olacaq. Biz artıq siyasi məhbus problemindən birdəfəlik azad olub, xalq olaraq Qarabağ probleminin həlli üçün ayağa qalxmalıyıq. Bunun vaxtı çoxdan çatıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1145   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 128
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 132