Üç ədəd zeytun çəyirdəyini udun - Bu xəstəliyin ağrılarını azaldır

Üç ədəd zeytun çəyirdəyini udun - Bu xəstəliyin ağrılarını azaldırZeytun çəyirdəyi tərkibinə görə zeytun yağından daha zəngindir. Onun ortasında kərə yağına bənzər təbəqə mineral və vitamin mənbəyidir.

Çox güclü antioksidant olan zeytun çəyirdəyi şiş xəstəliklərinin müalicə və profilaktikasında müsbət nəticə verir.

Gündə üç dəfə yeməkdən əvvəl üç ədəd zeytun çəyirdəyini udmaq mədə turşuluğunu aradan qaldırır, təxminən on gün sonra qastrit eroziyaları ilə əlaqədar olan ağrını azaldır, bağırsaq kolitlərində faydalı təsir göstərir, qəbizliyi və babasili müalicə edir. Yetişmiş, qaralmış zeytunlar toplanılaraq mətli hissəsi sürtkəc vasitəsilə ayrılır. Həmin hissəni sıxıb yağ əldə etmək, tumlarını isə qurudub saxlamaq olar. Udmazdan əvvəl zeytunun uc hissələri qayçı və ya kəlbətinlə qoparılır ki, boğaza və ya mədə-bağırsağa ilişib zərər verməsin. Qurumuş çəyirdəyin üyüdülmüş tozundan da istifadə etmək olar ki, nəticə olaraq bir ay sonra dəridə parlaqlıq yaranır. Bu toz eyni zamanda hormonal pozuntular, öd qatılığı və mədəaltı vəzidə olan iltihab prosesi zamanı çox faydalıdır.

Yetişmiş qara zeytunlar kəlbətinlə əzilərək iki kiloqramlıq balonun yarısına qədər doldurulur, üstünə balon dolana qədər alma sirkəsi əlavə edilir. Ağzı tənziflə bağlanaraq ən azı bir ay saxlanılır, sonra süzülür. Hazır məhsul şəkər xəstəliyi, yüksək təzyiq, qan-damar tıxaclaşması, yüksək xolesterin, piylənmə, infarkt, atroskleroz və digər xəstəliklərin müalicəsi üçün gündə üç dəfə yeməkdən sonra bir stəkan suya bir xörək qaşığı əlavə edilərək içilir. (Azərtac)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1467   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 838
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 773
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1689
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1290
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 830
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1175
.

Bu məhsullar 40 yaşdan sonra qocalma prosesini SÜRƏTLƏNDİRİR

Özünüzə qulluq etmək və düzgün yemək xüsusilə 40 yaşdan sonra, qocalma əlamətləri görünməyə başlayanda daha vacib olur. xarici KİV-ə istinadən xəbər verir ki, həkim Ulyana Verner qocalma prosesinin genetik xüsusiyyətlərinə baxmayaraq, qidalanmanın gəncliyin və enerjinin qorunmasına təsirini açıqlayıb

26.12.2023 1439
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2789
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 933