Tibb tarixində DAHA BİR İLK: xəstə 3000 km məsafədən əməliyyat edildi

Tibb tarixində DAHA BİR İLK: xəstə 3000 km məsafədən əməliyyat edildi

Çinli beyin cərrahı Linq Jipey tibb tarixində ilkə imza atıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, cərrah ilk dəfə video-rabitə vasitəsi ilə Parkinson xəstəsini beyin əməliyyatı edib.

Üç saat davam edən əməliyyat mobil telefon vasitəsi ilə 3000 kilometr məsafədən idarə olunub. Mütəxəssis bu əməliyyatın keçirilməsində 5G texnologiyasından istifadə edib. Ona bu işdə Çin Dövlət Xəstəxanası, “China Mobile” telekommunikasiya şirkəti və “Huawei” yardımçı olub.

Beyninə implant yerləşdirilən xəstənin özünü yaxşı hiss etdiyi bildirilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 835 Tarix: 20.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol