Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədirBu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.
BiG.AZ-ın məlumatına görə, bu çərşənbə el arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" kimi adlandırılır. İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. İlaxır çərşənbədə hamı 7 dəfə - ya 1 tonqalın üstündən 7 dəfə və yaxud da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanmalıdır. Tonqalın üzərindən tullanarkən bu sözlər deyilməlidir:

"Sarılığım sənə, qırmızılığın mənə", yaxud da "Ağırlığım odda yansın". Tonqal su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra isə cavan qız və oğlanlar tonqalın külünü yığıb, evdən kənar yerə atırlar. İnanca görə, bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Torpaq çərşənbəsində bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılaya bilərsən. İlaxır çərşənbə axşamı qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışılması adət hesab olunur.

Qeyd edək ki, bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 356   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 129
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 420
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 151
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

16:59 59
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 102
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

14:05 342
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 56
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 520
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 221