"Əli İnsanov çox gözəl bilir ki, törətdiyi konkret cinayət əməllərinə görə həbs edilib"

"Əli İnsanov çox gözəl bilir ki, törətdiyi konkret cinayət əməllərinə görə həbs edilib""Əli İnsanovun həbsdən çıxdıqdan sonra ilk təəssüratı belə olmalıydı ki, Bakı şəhəri nə qədər dəyişib, mən Bakını tanıya bilmədim".

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamına və keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən çıxdıqdan sonra verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Sayca 65-ci əfv sərəncamıdır

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 16 mart 2019-cu il tarixində imzaladığı əfv sərəncamı 431 nəfərə şamil olunur və sayca 65-ci əfv sərəncamıdır: " 2003-cü ildən bəri isə Prezident İlham Əliyev 33 dəfə belə əfv sərəncamı imzalayıb. Bu əfv sərəncamları nəticəsində 7973 nəfər əfv olunub. Təkcə bir faktı deyim ki, cənab Prezidentin 2018-cü il mayın 24-də imzaladığı əfv sərəncamı ilə 634 şəxs azadlığa çıxıb. Bu siyasətin əsasını da ümummilli lider Heydər Əliyev qoyub. 1995-ci ildən bu günədək 11 amnistiya aktı qəbul olunub. Bu aktlar çərçivəsində 117 mindən çox məhbus bundan faydalanıb, yəni azadlığa qovuşub. Son 4 amnistiya aktının, yəni 2007-ci il, 2009-cu il, 2013-cü il və 2016-cı ildə qəbul olunmuş amnistiya aktlarının müəllifi isə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevadır".

Prezident həmin məhkumlara inanır

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin 16 mart tarixində imzaladığı əfv sərəncamı isə ilk növbədə humanizm prinsiplərindən, mərhəmət hissindən irəli gələn addımdır: "Cənab Prezident konkret cinayət əməlinə görə həbs olunmuş insanların cəzaçəkmə müəssisələrində olarkən davranışlarını, səhhətlərini, ailələrinin müraciətini, daha ictimai təhlükəli olmamalarını, eyni zamanda ombudsmanın müraciətini, müxtəlif insan hüquqları təşkilatlarından gələn müraciətləri ümumiləşdirərək əfv fərmanı imzalayıb. Prezidentin bu sərəncamı Novruz bayramı ərəfəsinə təsadüf etməsi daha böyük məna və əhəmiyyət kəsb edir. 431 məhkumun ailələri və qohumlarını da nəzərə alsaq görərik ki, nə qədər insana sevinc bəxş edilib. Bu həm də Prezidentin həmin məhkumlara inamının nəticəsidir. Ölkə başçısı inanır ki, həmin şəxslər evlərinə qayıtdıqdan sonra cəmiyyətin faydalı üzvlərinə çevriləcəklər, cəmiyyətə inteqrasiya olunaraq layiqli yerlərini tutacaqlar".

"Siyasi məhbus" axtarışına çıxıblar

E. Nəsirov diqqətə çatdırıb ki, bəzi siyasi dairələr əfv sərəncamı əsasında azadlığa çıxmış insanlar arasında "siyasi məhbus" axtarışına çıxıblar: "Əvvəla qeyd edim ki, Azərbaycanda siyasi məhbus yoxdur və ola da bilməz. Çünki ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətçiliyi demokratik inkişaf yolunu seçib. Prezident İlham Əliyev Azərbaycanı demokratiya yolunda irəli aparır. Demokratiyanın son həddi yoxdur. Kim deyirsə ki, demokratiyanın son nöqtəsindədir, bu, yanlış yanaşmadır. Demokratiya bir prosesdir. Biz də həmin proses çərçivəsində sistemli şəkildə siyasi, iqtisadi və sosial islahatlar aparırıq ki, demokratik cəmiyyət qurulucuq prosesimiz növbəti mərhələyə keçsin. Məsələyə belə baxmaq lazımdır. Siyasi baxışına görə deyil, konkret cinayət əməlinə görə həbs olunan insanlar var.

Əli İnsanov bu yaşında istirahət etməlidir, nəvələri ilə görüşməlidir

Keçmiş səhiyyə naziri Əli İnsanovun əfv olunması və həbsxanadan çıxarkən verdiyi açıqlamalara gəlincə, deputat hesab edir ki, Ə. İnsanov ilk növbədə onu azadlığa buraxan, azadlığa çıxması ilə bağlı sərəncam imzalayan dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq hissini ifadə etməliydi: "Əli İnsanov elə bir yaşa gəlib çatıb ki, müdriklik onu xarakterizə edən keyfiyyət olmalıdır. Müdrik insanlar isə istənilən xoş əmələ görə təşəkkür edirlər, öz minnətdarlıqlarını bildirirlər. Əli İnsanov çox gözəl bilir ki, törətdiyi konkret cinayət əməllərinə görə həbs edilib və burada heç bir siyasi motiv axtarışına çıxmaq lazım deyil. Ona görə də onun bir qədər tələm-tələsik, populist bəyanatı yerinə düşməyən bəyanatdır. İndi o öz ailə üzvlərinə qovuşmalıdır, bu yaşında istirahət etməlidir, nəvələri ilə görüşməlidir, onlarla ünsiyyətdə olmalıdır, həyatdan zövq almalıdır".

Məgər Əli İnsanov kimi təcrübəli adam...

O əlavə edib: "Keçmiş nazir dərk etməlidir ki, 14 il əvvəl həbsxanaya düşdüyü dövrdəki Azərbaycan indi hansı Azərbaycandır. İlk təəssüratı belə olmalıydı ki, Bakı şəhəri nə qədər dəyişib, mən Bakını tanıya bilmədim, Azərbaycanın bu qədər inkişafını təsəvvür edə bilməzdim. Biz ondan bu sözləri gözləyirdik. Amma təəssüf ki, o, azadlığa çıxmasını ABŞ, Avropa, AŞ PA, Avropa İttifaqı bağlayır. Məgər Əli İnsanov kimi təcrübəli adam, nazir olmuş bir adam vaxtilə bu dövlətlərin və təşkilatların dünyada nə qədər ikiüzlü siyasət yeritdiyini tənqid etməyibmi? Əli İnsanov dəfələrlə söyləməyibmi ki, ABŞ və Avropa İttifaqı, AŞ PA, digər dövlət və qurumlar öz siyasi maraqlarına naminə istənilən cinayətə imza atırlar? Əli İnsanovun bu dövlət və qurumlara qarşı nə qədər kəskin çıxış etdiyinin şahidi olmuşuq".

Əli İnsanovdan heç gözləməzdim...

E. Nəsirovun sözlərinə görə, Ə. İnsanova elə gəlir ki, azadlığa çıxması Prezident İlham Əliyevin adı ilə deyil, onun özünün adlandırdığı böyük Amerikanın, Avropa İttifaqının adı ilə bağlıdır: "Qətiyyən belə deyil. Təkcə bir səbəbə görə belə deyil ki, guya siyasi məhbusların daxil olduğu qondarma bir siyahı düzəldiblər. Əli İnsanov düşünsün ki, əgər beynəlxalq təzyiq altında Azərbaycan Prezidenti onu azad edibsə, bəs onda onların siyasi məhbus hesab etdikləri, əslində isə siyasi məhbus olmayan, konkret cinayət əməlinə görə cəza çəkmiş digər şəxslər niyə azad olunmadı? Yəni Avropa İttifaqı, ABŞ tələb edərək digərlərinin də azad olunmasına nail ola bilərdi. Əli İnsanovun məntiqi ilə yanaşsaq, belə olmalıydı. Bu isə olmayıb. Azərbaycan Prezidenti ilə heç bir dövlət və təşkilat diktə diliylə danışa bilmir, əksinə İlham Əliyevə ona görə hörmətlə yanaşırlar ki, o, milli maraqları hər şeyin fövqündə tutur, müstəqil siyasət yürüdür. Əli İnsanov bir şeyi də unutmasın ki, Azərbaycan Prezidentinə 2006-cı ildə ABŞ-a ilk səfəri zamanı nə qədər təzyiq göstərildi ki, Azərbaycan ərazisindən İranın bombalanmasına icazə versin. Ancaq ABŞ Prezidenti Corc Buş buna nail ola bilmədi və indiyədək nail ola bilmirlər. Çünki Azərbaycan Prezidentinin çox möhkəm və polad siyasi iradəsini görüblər. Bununla barışmalı olurlar. Əli İnsanovdan heç gözləməzdim ki, yaşının bu çağında məsələyə bu qədər səthi yanaşsın. O deməlidir: Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, mənim yaşımı, səhhətimi nəzərə alıb cinayət törətsəm də böyük ürək nümayiş etdirərək azadlığa çıxmağıma imkan verib. Belə yanaşsaydı, cəmiyyətdə buna görə ona hörmətlə yanaşardılar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1500   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179