İşığa və qaza qoyulan limitlər aradan qaldırıla bilərmi? - "Qiymətləri aşağı da salmaq olar"

İşığa və qaza qoyulan limitlər aradan qaldırıla bilərmi? - "Qiymətləri aşağı da salmaq olar"Son zamanlar Azərbaycanda bir çox sahələrdə islahatlar aparılır.

Devalvasiyalardan sonra dollarla götürülən kreditlərlə bağlı yaranan problemlər bir müddət öncə öz müsbət həllini tapdı. Lakin bu devalvasiyadan sonra yaranan yeganə problem deyil. Belə ki, devalvasiyadan sonra Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsinə limit qoyulub. Həmin limiti keçdikdə elektrik enerjisi və təbii qaz abonentlər üçün iki qat qiymətə gəlib çıxır. Bu isə ailələrin büdcəsinə çox ciddi təsir edir.

Bəs görəsən, Azərbaycanda elektrik enerjisi və təbii qaza qoyulan limitlər aradan qaldırıla bilərmi? Dövlət Büdcəsinin bu limiti aradan qaldırmağa gücü çatırmı? Bu mövzuda suallarımızı iqtisadçı ekspetlər Natiq Cəfərli, Əkrəm Həsənov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırıb.

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, əslində bu limitlərin sona qədər davam edəcəyi düşünülməmişdi:

"Elektrik enerjisi və təbii qaz Azərbaycanın təbii sərvətlərindən qaynaqlanan enerjidir. Buna görə də, Azərbaycan əhalisi onlardan istifadə edərkən müəyyən üstünlüklər də qazanmalıdır. Çünki resurs ölkələrdə bu cür yanaşma mövcuddur. Yeri gəlmişkən, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) fəaliyyətində müqavilələrə görə, 90-cı illərdən bəri səmt qazı Azərbaycana pulsuz verilir. Hər il təqribən 2.5-3 milyard kubmetr qaz Azərbaycana pulsuz təqdim olunur. Azərbaycan əhalisinin də işlətdiyi qaz təqribən bu qədərdir. Faktiki olaraq, Azərbaycan əhalisinin istehlak etdiyi qazı ABƏŞ Azərbaycana pulsuz təqdim edir. SOCAR ancaq o qazın daşınmasına və anbarlara vurulmasına cuzi pul xərcləyir. Əhaliyə limitin qoyulması doğru deyil. Kommersiya təşkilatlarına, şirkətlərə, hüquqi şəxslərə daha baha qiymət ola bilər. Bu normaldır, dünyanın hər yerində də qəbul olunmuş yanaşmadır. Məhz əhali üçün qaza limit qoyulması, qiymətin qaldırılması doğru deyil".

Natiq Cəfərli qeyd edib ki, elektrik enerjisinə limitin ləğv edilməsilə yanaşı, hətta qiymət də aşağı salına bilər:

"Son dövrlər elektrik enerjisi ilə bağlı infrastruktur layihələri dövlət büdcəsindən maliyyələşdirilir. Dövlət büdcəsini həm də Azərbaycan vətəndaşları formalaşdırır. Biz inrastruktur layihələrinin obrazlı desək, pulunu artıq vermişik. Yeni yaradılmış enerji istehsalı müəssisələri Azərbaycan vətəndaşlarının iştirakı ilə yaradılıb. Ona görə də, elektrik enerjisinin qiymətində də bu nəzərə alınmalıdır. Azərbaycan əhalisinə qoyulan normalar tamamilə ləğv edilməlidir. Hətta normal yanaşma və hesablamalar aparılarsa, qiymətin aşağa salınma imkanları da var".

ADP sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, Azərbaycanın təbii sərvətləri olduğuna görə, qiymətlər dünya bazarından fərqlənməlidir:

"Təbii sərvətlər Azərbaycan xalqının malıdır. Bu baxımdan da Azərbaycanda enerji daşıyıcılarının qiyməti dünyadakı qiymətlərdən aşağı olmalıdır. Azərbaycan dövlətinin elektrik enerjisi və təbii qaza qoyulan limiti aradan qaldırmağa gücü çatar. Hələ bu azmış kimi, qiymətləri aşağı da endirə bilər. Sadəcə olaraq, bunun üçün iş görmək lazımdır".

Əkrəm Həsənov isə fərqli düşünür. Onun sözlərinə görə, əksinə Azərbaycanda elektrik enerjisinin və qazın qiyməti qaldırıla bilər:

"Azərbaycanda benzinin, elektrik enerjisinin qiyməti ümumən bazar dəyərindən aşağıdır. İqtisadi problemlər başladıqda dövlət büdcəsini doldurmaq əsas məsələlərdən biri olub. Nəzərə alsaq ki, vergi, gömrük islahatları keçirilir, Azərbaycanın neft gəlirləri uzunmüddətli prespektivdə aşağı düşəcək, buna görə də, Azərbaycanda enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi ehtimalını görmürəm. Qiymətlər olduğu kimi də qalacaq, ehtimal var ki, arta da bilər".

Sonda Əkrəm Həsənov qeyd edib ki, dövlətin atacağı addımları anlamaq olar, ancaq bu gün əksər vətəndaşlarımız üçün vergiləri ödəmək çox çətindir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2391   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 269
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 668
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

23.04.2024 261
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 166
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 159
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 357
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 313
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 198
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 451