Azərbaycanlı məşhurun evinə əzrail girdi - Mən belə şey görməmişdim - VİDEO

Azərbaycanlı məşhurun evinə əzrail girdi - Mən belə şey görməmişdim - VİDEO
Səidə Sultan "Şou ATV"nin efirində atasının dünyasını dəyişdiyi ərəfədə evlərində baş verən qəribə olaydan danışıb.

Xanm ifaçı sağlamlığında heç bir problemi olmayan atasının qəfil komaya düşdüyünü bildirib.

Müğənni efirdə həmin anları həyəcanla danışıb:

"Sağlam gördüyümüz atamız birdən komaya düşdü. Birdən evin içində gözləri görmədi. Təşvişə düşdük. "Skoru"ya zəng etdik ki, gəlsinlər kömək etsinlər. Mən Allahı şahid tuturam ki, evdəkilərim şahiddir, mən heç vaxt belə şey görməmişəm. Deyirlər ha "Evə əzrail gəlir" ha, hamımız onu gördük. O məqamda televizor qarışdı, soyuducu atdı, telefon dayanmadan öz-özünə zəng çaldı, işıqlar "meqat" etməyə başladı. Hər şey bir anın içində baş verdi. Təcili yardım maşını gəldi, maşın yolda xarab oldu, atam da içində".

Müğənninin tükürpədən açıqlaması ətraflı videoda:

mənbə: milli.az


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1833 Tarix: 18.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol