Keçmiş məmur Vidadi Zeynalov təcridxanada təsərrüfat işləri görüb – Rəsmi açıqlama

Keçmiş məmur Vidadi Zeynalov təcridxanada təsərrüfat işləri görüb – Rəsmi açıqlamaPrezident İlham Əliyevin martın 16-da imzaladılğı əfv sərəncamında Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan 6 nəfərin də adı yer alıb.

Həmin şəxslər dünən müəssisədən azadlığa buraxılıb. Sərəncamın icrası prosesində jurnalistlər və media nümayəndələri də iştirak edib.

BİT-dən həmin şəxslərin azad edilməsi barədə yaydığımız xəbərdən sonra redaksiyamıza müəyyən suallar ünvanlanıb. Belə ki, qanunvericiliyə əsasən, əfv olunma bir qayda olaraq barəsində qanunu qüvvəyə minmiş hökm olan şəxslərə şamil edilə bilər. Barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olan şəxslər isə Bakı İstintaq Təcridxanasında saxlanılmır, apellyasiya instansiyanın qərarından sonra cəzaçəkmə müəssisələrinə köçürülür. Belə olan halda, BİT-dən azadlığa buraxılan şəxslər kimdir?

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Bizimyol.info saytının sorğusuna əsasən məsələyə aydınlıq gətirib.

O bildirib ki, həmin şəxslər təsərrüfat işlərinin görmək üçün BİT-də saxlanan məhkumlar idi: "Qanunvericiliyə görə, cəzası 5 ilə qədər olan şəxslər barələrindəki hökm qanuni qüvvəyə minəndən sonra öz arzuları ilə istintaq təcridxanasında saxlanıla bilər. Onlar təsərrüfat briqadasının tərkibində müxtəlif – yemək bişirmək, ərazinin abadlaşdırılması, süpürmək və s. bu kimi işləri yerinə yetirirlər. Son əfv sərəncamına əsasən buraxılan şəxslər də həmin təsərrüfat briqadasında olan adamlar idi".

Yada salaq ki, martın 15-də azadlığa buraxılan keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov Bakı İstintaq Təcridxanasında saxlanılırdı. O, cəza müddətinin bitməsinə 7 ay qalmış Sabunçu rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Vidadi Zeynalovun da istintaq təcridxanasında sözügedən işləri görüb-görməməsi ilə bağlı sualımıza cavab olaraq Mehman Sadıqov deyib ki, təsərrüfat briqadasında olan şəxslərin hamısı bu işlərə cəlb edilir.

Vidadi Zeynalov və keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər vəzifəli şəxsləri 2015-ci ilin noyabr ayında həbs edilib. Onlara 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsi ilə bağı ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalova 13 il azadlıqdan məhrumetmə cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb.

Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

mənbə: bizimyolinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 799   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232