Whatsapp-ın qurucusundan xəbərdarlıq: Facebook-u silin

Whatsapp-ın qurucusundan xəbərdarlıq: Facebook-u silin
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsinə çevrilən Vatsapın qurucusu Brian Akton qatıldığı mətbuat konfransında Feysbukla bağlı xəbərdarlıq edib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tvitter səhifəsində belə bir açıqlama verən B.Akton bu dəfə gənclərin qarşısında çıxış edərkən Feysbuku silməyi məsləhət görüb. Akton bir müddətdir Feysbukun təhlükəsizliyi ilə bağlı şübhələrin gündəmə gəlməsindən sonra bu çağırışı edib. O, istifadəçilərə şəxsi məlumatlarını qorumaq üçün Feysbuku silməyi məsləhət görüb.

Qeyd edək ki, 2014-cü ildə 21 milyard dollar qarşılığında B.Akton Vatsapı Feysbukun qurucusuna satıb. Bu satışdan sonra Akton zəngin biri olub. Lakin B.Akton Feysbuk barədə heç vaxt yaxşı fikirlər səsləndirməyib.

O, şirkətini satmaq qərarını 50 işçinin həyatını düşünərək verdiyini deyib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1176 Tarix: 18.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol