"Onlar acından ölür, mən bir toydan 6-7 min qazanıram" – Şəbnəm Tovuzlu

"Onlar acından ölür, mən bir toydan 6-7 min qazanıram" – Şəbnəm TovuzluMüğənni Şəbnəm Tovuzlu toy müğənnilərinin efirə buraxılmaması barədə səsləndirilən fikirlərə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, musavat.com-a açıqlama verən ifaçı deyib ki, toy müğənniləri xalq tərəfindən sevilir, verilişlərə də reytinq qazandırır: "Bu söhbətlərə çox güldüm. Bu qanunu kimdir qoyan? Onlar toyda oynamır? Toy müğənniləri bəzilərini çatladır, yaxşı pul qazanmağımızı gözləri götürmür. Pop oxuyanlar acından ölür. Pop, caz, vokal oxuyanlar şəraitlərini bizə göstərsinlər? Bizim yaxşı qazancımızdan niyə narahat olurlar? Biz zəhmətimizlə qazanırıq, 4-5 saat hündürdabanda, ayaq üstə canlı oxuyuruq. İnsanlar da bunu qiymətləndirir. Heç kim pulunu küçədən tapmayıb ki, bizə boş yerə qonorar versin. İzləyirlər, maraqlanırlar, bəyənirlər ki, toylarına dəvət edirlər. Efirlərə də xalqın sevdiyi müğənnilər dəvət edilir ki, tamaşaçı izləsin. Biz olmasaq, efir kimdən reytinq qazanacaq? Bizim fanatlarımız verilişlərimizi izləyirlər, maraqlanırlar. Toya çağıranlar da bizi yalnız efirdə görməyib ki... Çoxu sosial şəbəkədən, "Youtube" kanalımda izləyir, bəyənir, dəvət edir.

Məgər, hər kəsi toya buraxırlar? İnsanlar namuslu, geyimini, davranışını bilən müğənniləri məclisinə dəvət edir, ailəsinin içinə buraxır. Hazırda Rusiya toylarını biz bəzəyirik. Rusiya toyları üçün mənə 6-7 min dolları bəh-bəh ilə verirlər, çünki məni sevirlər. Bunu heç vaxt danmıram. Azərbaycan şou-biznesində normal adam yoxdur ki, çıxıb desin, onu oxuduğu pop, caz saxlayır, toya ehtiyacı yoxdur. Çoxunun ürəyi partlayır ki, kaş, onları da dəvət edib, 5 manat xeyir verələr. Deyirlər ki, siz dünənin uşağısız, niyə toya gedirsiniz, biz illərin sənətkarıyıq, toya dəvət almırıq?! Bu xalqın seçimidir. "Toy müğənniləri efirə çıxmasın" deməklə xalqa hörmətsizlik edirlər. Xalq bizi sevir, efirə çıxırıq, əcəb edirik. Mən konservatoriyada muğamı bitirmişəm, vokal dərsi almışam. Caz da, muğam da, pop da oxuyaram. Oxumuram, cibimi nə doldurursa, onu oxuyuram".

Qeyd edək ki, son günlər televiziyalarda müğənnilərə daha çox yer verilməsi müzakirələrə səbəb olub. Bir çox sənət adamı kimi xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də efirlərə toy müğənnilərinin çıxarılmasına qarşı çıxıb. F. Əlizadənin tənqidləri müğənnilər tərəfindən birmənalı qarşılanmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1140   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875