Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi - FOTO

Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi - FOTOPrezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol infrastrukturu layihələri icra olunur, vətəndaşların rahat gediş gəlişinin təmin olunması üçün avtomobil yoları yenidən qurulur, qəzalı vəziyyətə düşmüş körpülər bərpa olunur və yeniləri inşa edilirərək əhalinin istifadəsinə verilir. Təbii ki, bu işlər ölkənin iqtisadi qüdrətinin bir göstəricisidir.

BiG.AZ xəbər verir ki,bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılaraq yekunlaşdırılıb və Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.

Bu münasibətlə təşkil olunan mərasimdə AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, AAYDA-nin İdarə Heyətinin üzvləri və rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılışı münasibətilə Salyan rayon sakinlərini təbrik edərək, görülən yol infrastrukturunun yenilənməsi ilə bağlı işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məlumat verilib ki, 3 aşırımlı körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir.

1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.

Əvvəlki tikinti dövründən ötən müddət ərzində ağır yüklü nəqliyyat vasitələrinin körpüdən istifadəsində artım baş verib və müxtəlif növ ağır yüklü maşınların və texnikaların hər oxa düşən icazə verilən məhdudiyyətdən artıq yüklənildiyindən körpünün vəziyyəti artan nəqliyyatın hərəkəti altında tədricən zədələnmişdir .Bu səbəbdən 2014-cü ildə qısa müddətli fövqəladə təmir işləri yerinə yetirilsə də körpünün əsaslı şəkildə bərpasına ehtiyac yaranmışdı.

Geniş təmir işlərinin bir hissəsi olaraq hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılmışdır. Kür körpüsü isə o zamanki yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilmişdi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpüdə geniş təmir-bərpa işləri həyata keçirilib. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları eləcə də yanaşma plitələri yenidən inşa edilib.

Texnoloji ardıcıllığa uyğun olaraq mövcud körpünün üstündəki asfalt-beton layları tamamilə qaşınıb çıxarılıb, körpünün üst metal təbəqəsinin sıradan çıxmış hissələri çıxarılaraq yenisi ilə əvəz edilib."Layihəyə uyğun olaraq körpünün üst metal təbəqəsi təzyiqli qum şırnağından istifadə edilməklə təmizlənib, metal təbəqə başdan-başa 10 mm qalınlığında sudan mühafizə qatı vurulub, məhəccərləri isə tamamilə dəyişdirilərək müasir məhəccərlərlə əvəz edilib.

Bundan başqa körpünün bütün aşırımlarında alt hissədən tamamilə troslarla gərginləşdirilib, metal konstruksiyaların birləşmə hissələrində qırılan, zədələnən bolt-qaykalar yenisi ilə əvəz olunub və boşalan bütün bolt-qaykalar yenidən bərkidilib, həmçinin aşırım qurğularının oturacaq hissələrindəki bütün dəmir-beton yastıqlar təmir edilib.

Layihəyə uyğun olaraq körpünün yanaşma yolları da asfaltlanıb, hər iki tərəfdə suaxıdan beton küvetlər tikilib və işıqlanma dirəkləri quraşdırılıb.

Təmir-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi - FOTOKür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi - FOTOKür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 470   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 166
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170