Hacı Məmmədovun əfvə düşən rəisinin əməlləri: Silsilə adam oğurluqları, qətllər…

Hacı Məmmədovun əfvə düşən rəisinin əməlləri: Silsilə adam oğurluqları, qətllər…Prezident İlham Əliyevin 16 mart 2018-ci ildə imzaladığı əfv sərəncamının şamil edildiyi şəxslərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin Mülkiyyət əleyhinə cinayətlər şöbəsinin rəisi olmuş Kamil Sədrəddinovdur. O, 2005-ci il martın 10-da keçmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində həbs olunmuşdu.

BiG.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, 1994-cü ildən 2005-ci ilin martında həbs olunana qədər onlarla qətl, adam oğurluğu, quldurluq və başqa cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov məhz Kamil Sədrəddinovun rəhbərlik etdiyi şöbədə baş əməliyyat müvəkkili işləyridi. Sabiq şöbə rəisinin özü də H.Məmmədovun bandasının əməllərindən xəbərdar olub heç bir tədbir görməməkdə, əksinə, bir sıra hallarda, o cinayətlərə şərik olmaqda ittiham olunurdu. Cinayət işinin materiallarından aydın olurdu ki, adam oğurluqlarına görə alınan pullardan K.Sədrəddinova da müəyyən pay çatıb.

Hacı Məmmədovun əfvə düşən rəisinin əməlləri: Silsilə adam oğurluqları, qətllər…O, ittihamlarla tam razılaşmasa da, özünü qismən təqsirli bilirdi.

K.Sədrəddinov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə ömürlük azadlıqdan məhrum edilmiş, polkovnik rütbəsi də alınmışdı. Prezidentin sərəncamıyla onun ömürlük cəzası 20 il həbslə əvəz olunub.

Hacı Məmmədovun bandasıyla bağlı cinayət işi üzrə ümumilikdə 10 nəfərə ömürlük həbs verilmişdi. Onların arasında K.Sədrəddinovla yanaşı, daha bir nəfər də vəzifəli şəxs vardı. Bu, Daxili İşlər Naziriyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirov idi. Düz iki il öncə – 2017-ci il martın 17-də prezidentin əfv sərəncamıyla Z.Nəsirovun ömürlük cəzası 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənmişdi. Aprel ayında isə o, cəzasının dörddə üçünü çəkməsi əsasıyla (11 il 9 ay) vaxtından əvvəl şərti azadlığa buraxıldı.

Z.Nəsirov isə özünü təqsirli bilmirdi. Deyirdi ki, keçmiş milli təhlükəsizlik naziri Hacı Məmmədovun onun təsiri altında olmasından öz məqsədləri üçün sui-istifadə edir. Nəsirov iddia edirdi ki, onun H.Məmmədovun əməllərindən xəbərdar olması, cinayət yoluyla ələ olunmuş pullardan ona da çatması, bəzi cinayətlərin sifarişinin ondan gəlməsi barədə Hacı Məmmədovun ifadələri yalandır və sifarişin nəticəsidir. Keçmiş generalın sözlərinə görə, bu yolla təzyiq göstərib onun özündən Daxili İşlər Nazirliyinin rəhbərliyi barədə yalan ifadələr almaq istəyirdilər. O isə həqiqətə uyğun olmayan ifadələri verməkdən imtina etdiyinə görə Eldar Mahmudov onu ömürlük həbslə cəzalandırdı.

2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat və 20-dən artıq vəzifəli şəxsin həbsi, o cümlədən nazir E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra Hacı Məmmədov özü də Ali Məhkəməyə məktub yazaraq, Z.Nəsirov haqqında ifadələrinin yalan olduğunu bildirmişdi. Yazırdı ki, E.Mahmudovun sifarişi və təzyiqilə onun əleyhinə ifadə verib.

H.Məmmədov 2017-ci ilin dekabrında keçmiş MTN-in istintaq təcridxanasında özünü asaraq intihar edib. Onunla məhkum edilən bütün şəxslər məhkəmənin hökmündən sonra Qobustan həbsxanasına köçürülsələr də (ömürlük azadlıqdan məhrum edilən şəxslər orada saxlanılır), H.Məmmədov 12 il ərzində ancaq MTN-in istintaq təcridxanasında oldu.

H.Məmmədovun dəstəsi 2005-ci ilin fevralında Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlayandan sonra MTN-in keçirdiyi əməliyyat nəticəsində martın 10-da ifşa edilmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 437
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1177
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1529
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 272
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 311
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 182
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 330
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 241
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 40