Azərbaycanda mənzildə partlayış: 22 yaşlı tələbə ağır yaralandı - FOTO

Azərbaycanda mənzildə partlayış: 22 yaşlı tələbə ağır yaralandı - FOTO
Lənkəranda 5 mərtəbəli binada partlayış olub.

BiG.AZ-ın ona.az-a istinadən məlumatına görə, partlayış şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Hadisə nəticəsində Z.Əliyeva küçəsi, ev 78/3, mənzil 11 ünvanında kirayə qalan 1997-ci il təvəllüdlü Xəlilzadə Cəmil Əliməmməd oğlu müxtəlif xəsarətlər alıb. O dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadəyə hər iki əlinin, sifət və boyun nahiyəsinin 1-ci və 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Qeyd edək ki, Masallı rayon Zuvand kənd sakini olan C.Xəlilzadə LDU-nun tələbəsidir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 315 Tarix: 16.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol