Qadını bahalı paltosuna görə döydülər: "Camaat acından ölür, amma bu…" – Foto

Qadını bahalı paltosuna görə döydülər: "Camaat acından ölür, amma bu…" – Foto
Ukraynada son illər iqtisadi, sosial vəziyyət çox ağırlaşıb. Adamlar kütləvi şəkildə ölkəni tərk etməyə çalışır. Ölkədə qalan əhalinin böyük hissəsinin isə durumu yaxşı deyil.

Paytaxt Kiyevdə “NewsOne” telekanalının redaktoru İrina Xarçenkonu döyüblər. Jurnalistə xəsarət yetirən kişi bunu qadının xəz palto geyinməsinə görə etdiyini bildirib. “Camaat acından ölür, amma bu, bahalı xəz palto geyinir” deyib.

Xarçenko səhər işə gedərkən ona bir kişi yaxınlaşıb, bahalı geyiminə irad bildirib, sonra isə sifətinə iki zərbə vurub. Jurnalist tez polisə xəbər verib. Xuliqanı tutublar. 54 yaşlı Pyotr Postrinski davranışına görə peşman deyil. İzahatında belə geyimin əhalinin sosial vəziyyətinə adekvat olmadığını yazıb.
Qadını bahalı paltosuna görə döydülər: "Camaat acından ölür, amma bu…" – Foto

mənbə: bizimyolinfo

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 504 Tarix: 16.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol