"Nə olsa götürmüşəm" – Avtomobillərə qənim kəsilən oğrunun "məharətləri" - VİDEO

"Nə olsa götürmüşəm" – Avtomobillərə qənim kəsilən oğrunun "məharətləri" - VİDEO
Bakıda avtomobillərdən oğurluq edən şəxs yaxalanıb.

ARB TV xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Rafiq Tağıyev saxlanılıb.

Araşdırma zamanı onun Xətai rayonu ərazisində 4 avtomobilin şüşəsini qıraraq salondan pul, telefon və digər qiymətli əşyalar götürdüyü məlum olub. Tağıyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə, onun paytaxtın Nərimanov rayonunda da 10 avtomobildən oğurluq etdiyi müəyyən edilib.

Rafiq Tağıyev – Saxlanılan şəxs: “Xətaidə maşınlardan oğurluq etmişəm.Vint açanla qırıb, telefon, pul, hansı olsa götürmüşəm. Nərimanov rayonundan da 10-dan çox oğurluq etmişəm”.

Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 115 Tarix: 16.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol