"Niyə ona terrorist demirlər? Çünki müsəlman deyil!" - Dünyaca məşhur müğənni etiraz etdi - FOTO

"Niyə ona terrorist demirlər? Çünki müsəlman deyil!" - Dünyaca məşhur müğənni etiraz etdi - FOTO

Dünyaca məşhur müğənni Riki Martin Yeni Zelandiyada baş verən terrorla bağlı sosial şəbəkədə paylaşım edib.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, müğənninin bu paylaşımı dünya mediasında böyük səs-küyə səbəb olub. O, dünya mediasını qatili terrorçu adlandırmamaqda günahlandırıb.

“Bir adam 40 nəfərdən çox insanı öldürüb, 20 nəfəri yaralayır. Bütün beynəlxalq media isə onu radikal və ya təcavüzkar adlandıraraq, terrorist deməkdən qaçır. Niyə? Çünki o müsəlman deyil!”

Xatırladaq ki, ötən gün Yeni Zelandiyada "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində azı 50 nəfər həlak olub, xəstəxanalara onlarla yaralı çatdırılıb.

"Niyə ona terrorist demirlər? Çünki müsəlman deyil!" - Dünyaca məşhur müğənni etiraz etdi - FOTO

Afaq Rza

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 917 Tarix: 16.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol