"Öldürülən müsəlmanlar da bizdən biridir" - Yeni Zelandiyanın baş naziri terrordan danışdı

"Öldürülən müsəlmanlar da bizdən biridir" - Yeni Zelandiyanın baş naziri terrordan danışdı

Xəbər verdiyimiz kimi, Yeni Zelandiyada məsciddə ibadət edən müsəlmanların kütləvi şəkildə qətlə yetirildiyi terror hadisəsi baş verib.

BiG.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiyanın baş naziri Jacinda Ardern mətbuat konfransında terrorla bağlı danışıb:

“Bu qeyi-adi və görünməmiş şiddətdir. Bir çox miqrant və qaçqınlar Yeni Zelandiyanı öz evləri hesab edir. Öldürülən müsəlmanlar da bizdən biridir. Bu qətli törədən qatil bizdən biri ola bilməz. Bizdə ona qarşı güclü nifrət hissi var".

Yeni Zelandiyanın polis komissarı Mayk Bushun sözlərinə görə isə vəziyyət ciddi gərginliyə səbəb olub:

“Təhlükə hələ də sovuşmayıb. Vəziyyət kritik həddədir və terrorun təkrarlanma təhlükəsi var”.

Qeyd edək ki, bir çox dünya liderləri bu qanlı terroru qınayıb.

Terror nəticəsində hazırda 50 nəfərin öldüyü bildirilir, 4 nəfər şübhəli şəxs saxlanılıb.

Afaq Rza


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 878 Tarix: 15.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər