Milli Məclisdə Novruz Məmmədovun ad günü təbrik edildi – 72 yaşı tamam oldu

Milli Məclisdə Novruz Məmmədovun ad günü təbrik edildi – 72 yaşı tamam oldu
Parlamentin sədri Oqtay Əsədov Milli Məxlisdə hökumətin illik hesabatının təqdim edən Baş Nazir Novruz Məmmədovu ad günü münasibətilə təbrik edib.

Deputatlar Baş naziri alqışlayıblar.
Novruz Məmmədov isə bildirib ki, hökumətin illik hesabatı Novruz günləri ərəfəsinə təsadüf edib. O, çıxışa başlamazdan əvvəl qarşıdan gələn bayram münasibətilə hamını təbrik edib.

Qeyd edək ki, bu, baş nazir kimi N.Məmmədovun parlament qarşısında ilk hesabatıdır.

11 aprel 2018-ci il tarixli prezident seçkilərindən cəmi 10 gün sonra – aprel ayının 21-də parlamentin xüsusi iclasında prezident İlham Əliyevin təqdimatı ilə N.Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin təsdiqlənməsi məsələsinə baxılıb və təsdiqlənib.

mənbə: bizimyolinfo

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 310 Tarix: 15.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol