"Təbii qaza tətbiq edilən limit ləğv edilsin" - Deputat

"Təbii qaza tətbiq edilən limit ləğv edilsin" - Deputat
Deputat əhaliyə təbii qazdan istifadəyə görə tətbiq edilən limitin aradan qaldırlmasını təklif edib.

BiG.AZ sonxeber.az-a istinadən xəbər verir ki, belə bir təkliflə deputat Fəzail Ağamalı parlamentdə hökumətin hesabtının müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, əhali arasında qaz limitinin az olmasından ciddi narazıçılıqlara səbəb olur:
"Təklif edirəm ki, hökumət əhalinin bu narahatçılığını nəzərə alıb, istifadəçilərin təbii qaza tətbiq edilən limitin aradan qaldırılması və ya dəyişdirilməsi ilə bağlı məsələyə Tarif Şurası tərəfindən baxılsın. Digər ölkələrdə müxtəlif formalar var. Məsələn, gecə və gündüz. Yəni gecə bir qiymət, gündüz isə fərqli qiymət tətbiq olunur. Ümumiyyətlə bu narahatedəici məsələ həllini tapmalıdır və hökumət gələcək fəaliyyətində bunu nəzərə almalıdır".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1921 Tarix: 15.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol