31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTOLAR

31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTOLAR31 il əvvəl atdığı uşağı tapılan Dilarə adlı qadının "Səni axtarıram"ın efirindəki davranışları hər kəsi məəttəl qoyub.

Oğlunun tapıldığını öyrənən ananın heç nə olmamış kimi hərəkətləri ekspertləri də özündən çıxarıb. Bir neçə dəqiqə sonra studiyaya daxil olan 31 yaşlı Mehmanın (onu övladlığa götürən ailə isə ona Cahangir adı verib) 4 günlüyündə küçəyə atdığı körpəsi olduğu deyilsə də, qadın soyuq baxışlarla ona yaxın getmək fikrindən də daşınıb.

Mehmanın (Cahangir) ardınca studiyaya onu uşaq evindən övladlığa götürən 61 yaşlı Cığatel xanım daxil olub. Bu məqamda Dilarə adlı qadın studiyanı tərk etmək istəyib. Həmin məqamda Mehman mikrofona "Azərbaycan xalqı bizə baxır. Ona görə də bir Azərbaycan qadını olduğu üçün onunla qucaqlaşıb öpmək istəyirəm. Çünki istəmirəm kimsə mənim haqqımda pis fikirləşsin" cümlələrini işlədərək doğma anasına sarılıb.

Mehmanın bu davranışı hər kəsi qəhərə boğub.

Bunun ardınca Mehmanı böyüdən Cığatel xanımın dedikləri studiyada gözyaşlarına səbəb olub:

"4 il idi ailə qurmuşdum, uşağım olmurdu. Onu 4 günlüyündən götürüb saxladım. Müalicəyə getmişdim, uşaq evi ilə maraqlandıq, dedilər bu gecə gətiriblər bu uşağı. Elə zəif uşaq idi, elə bilirdim öləcək. Dedim "Özüm öləcəm, onu qoymayacam ölməyə, yaşadacam onu". Hamı məni qınayırdı. Deyirdilər "Bir yönlüsünü götürərdin də, bu öləcək". Dedim "Ölməyəcək! Onu mən yaşadacam. Özüm ölərəm, onu qoymayacam ölsün". Mehmandan başqa uşağım yoxdur, olmadı da. Mən anayam, niyə elə uşağı mənə vermədi. Verərdi mən baxardım 10 elə uşağa. Niyə dodağı 9 yerdən çatlayanlara vermir? Mən ona ana demirəm".

Xoşqədəm "Məcbur edə bilmərik səni, Mehman. Seçimini et" dediyi zaman Dilarənin "Elə kim saxlayıb, anası da odur" ifadəsi studiyadakıları daha da qıcıqlandırıb.

Mehman "Mən anamı götürüb getmək istəyirəm" deyərək, Cığatel xanımın əlindən tutaraq studiyanı tərk edib.

Zaur da "5/5"də Mehmanın doğma anasının 31 il sonra qarşısında dayanan oğluna qarşı biganəliyindən danışıb:

"Bayaq Xoşqədəm xanımın verilişinə baxanda göz yaşımı saxlaya bilmədim, sel-su getdi. Yanımda 4 nəfər var idi, hamı ağladı. Elə ana olar?! Gah gəlir qabağa, gah çəkilir geri. Yapış, qucaqla. Oğlandakı cəsarətə bax. Mən olsam, yaxın durmazdım. Bravo o gəncə ki, dedi "Azərbaycan xalqı baxır, ona görə anama sarılacam"".

mənbə: milli.az
31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTOLAR31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTOLAR31 il sonra oğlunu görən ananın reaksiyası DƏHŞƏTƏ GƏTİRDİ - Zaur ağladı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1844   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264