Jurnalistlərimizə hibrid avtomobillər verilə bilər

Jurnalistlərimizə hibrid avtomobillər verilə bilər

“Bu il aprelin 12-də Azərbaycanda avtomobil sektorundan yazan jurnalistlərin və ekspertlərin I Forumu keçiriləcək və jurnalistlərə hibrid avtomobillərin verilməsi təklif olunacaq”.
BiG.AZ “Report”a istinadən xəbər verir ki, bunu avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

“Bu forumda hökumətə bir sıra təkliflər irəli sürüləcək. Düşünürük ki, hökumətə jurnalistlərə elektromobillərin və ya hibrid avtomobillərinin verilməsi ilə bağlı təkliflər irəli sürək. Ola bilsin ki, bu, hansısa xarici brend yaxud yerli istehsalçının müvafiq modeli olsun”.

E.Cəfərov həmin forumun müvafiq olaraq ildə bir neçə dəfə keçiriləcəyini də açıqlayıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 392 Tarix: 15.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol