Gürcüstanda azərbaycanlı əsgəri döyənlər saxlanılıblar - VİDEO

Gürcüstanda azərbaycanlı əsgəri döyənlər saxlanılıblar - VİDEO

Gürcüstan Müdafiə Nazirliyinin hərbi polisi azərbaycanlı əsgərin döyülməsində şübhəli bilinən iki nəfəri saxlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, yaxın saatlarda həmin şəxslərə ittiham irəli sürüləcək və həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi nəzərdən keçiriləcək.

Xatırladaq ki, bir müddət Gürcüstan ordusunda hərbi xidmət keçən Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyü barədə şikayət etmişdi.

Onun sözlərinə görə, xidmət yoldaşları ondan pul tələb edibmiş.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 198 Tarix: 15.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol